PDF Oxu

Müxalifət

  • 971

Müxalifət pariyalarından yeni qopmalar gözlənilir

Müxalifət pariyalarından yeni qopmalar gözlənilir
Son vaxtlar müxalifət daxilində baş verən gərginlik partiyalardan kütləvi istefaların baş verməsinə gətirib çıxarmaqdadır. İstər Müsavatdan, istərsə də AXCP-dən olan istefalar onu deməyə əsas verir ki, parlament seçkilərinə qədər bu partiyalar tamamilə sıradan çıxa bilər. "Səs"ə açıqlamalarında müsahiblərimiz müxalifət daxili istefaların səbəbini partiyaların eyni idealogiyaya malik olmaları ilə əlaqələndirdilər.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə:

- Müxalifət düşərgəsində təmsi olunan Müsavat və AXCP çoxdan sıradan çıxıblar. Müxalifət partiyalarının üzdə gülüb, daxildə biri-biri ilə didişməsinin səbəbi isə həmin partiyaların hamısının eyni idealogiyaya malik olamalarıdır. Müxalifləri birləşdirən isə vəzifə arzusu və xaricdən verilən pula hərislikdir.

Müxalifət partiyalarının sosial bazalarının və bunun fonunda hansısa gücə malik olmaları liderləri maraqlandirmir. Başlıca hədəf odur ki, vaxtlı vaxtında xaricidən pulları gəlsin. Əgər müxalif partiya funksionerləri siyasətdən getsələr onlara xarici qüvvələr tərəfindən pulları gəlməz. Ona görə də, onlar nəyin bahasına olursa olsun siyasətdə qalmağa çalışırlar.

AMİP-in funksioneri Əli Orucov:

- Bu gün müxalifət partiyalarının vəziyyəti ürək açan deyil. Son vaxtlar müxalifət partiyalarında təmsil olunan şəxslərin istefa vermələri səbəbi uzun illər müxalifətdə qalmaq və müxalifətçiliyin ağırlığını daşımaqdan yorulmaları ilə bağlıdır. Eyni zamanda, həmin şəxslər təmsil olunduqları partiyalarda qalmaqdan yolulublar. Yəni orada heç bir prespektiv görmürlər. Müxalifət partiyalarında baş verən istezaların davamı gözləniləndir.

AXCP və Müsavat partiyalarını mehriban düşmən adlandırmaları reallığa əsaslanır. Demək olar ki, müxalifət düşərgəsində ən çox dava-dalaş məhz bu iki partiya arasında gedir. Bu partiyalar arasında gedən rəqabətin əsas səbəbi biri digərindən üstün olmaq arzusu ilə bağlıdır. Bunun üçün də hətta biri-birini gözdən salırlar. Belə olan halda da, adları çəkilən partiyalardan qopmalar baş verir.

GÜLYANƏ