PDF Oxu

Müxalifət

  • 971

Müxalif partiyalar siyasiləşmiş QHT-lərdən asılı vəziyyətə düşür

Müxalif partiyalar siyasiləşmiş QHT-lərdən asılı vəziyyətə düşür
Xarici anti-Azərbaycan mövqeli qüvvələr hər zaman "beşinci kolon" qismində siyasiləşmiş QHT-lərdən öz məkrli məqsədləri üçün istifadə etməyə çalışıblar. Amma yerlədəki pozucu qüvvələrin ifşa edilməsi ilə xarici qüvvələrin planları alt-üst olub. Söhbət etdiyimiz müsahiblərimiz güclü, qüdrətli Azərbaycanda hər hansı təxribatların, pozucu əməllərin törədilməsinin mümkün olmadığını bildirdilər.

"Yurddaş" partiyasının sədri Mais Səfərli:

- Bəli, birmənalı şəkildə demək olar ki, "beşinci kolon" anti-Azərbaycan mövqeli xarici qüvvələrin Azərbaycandaki əlaltıları rolunda çıxış ediblər. Yəni bunlar Azərbaycan əleyhinə işləyən qüvvələrdir. İfşa olunmalarına baxmayaraq həmin pozucu qüvvələr xarici qüvvələrin sifarişi ilə və onlardan aldıqları maliyyə vəsaitinə görə təxribatlar törətməyə cəhdlər göstərirlər. Onlar bu əməllərinə görə, qanun qarşısında cavab verməlidirlər.

Vəhdət partiyasının sədri Tahir Kərimli:

- Siyasiləşmiş QHT-lər müxalif partiyaların təsiri altındadırlar. Əvvəllər xarici qüvvələr birbaşa partiyalara yardım edirdilər. İndi isə bu partiyalar o qədər zəifləyərək gücsüz bir vəziyyətə düşüb ki, onlardan imtina edilib. Partiyaları artıq siyasiləşmiş QHT-lər əvəz edir. Yəni faktlara istinadən demək olar ki, hazırki məqamda müxalif partiyalarının özləri siyasiləşmiş QHT-lərdən asılı vəziyyətə düşüblər.

Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov:

- Xarici qüvvələr hansı ki, ölkəyə qarşı öz istəylərini həyata keçirmək istəyirlərsə onda həmin ölkənin daxilində özlərinə tərəfdarlar tapırlar. Yəni həmin qüvvələr müxtəlif vasitələrdən istifadə edərək, onları şirnikləndirərək öz tərəflərinə çəkərək ölkənin daxilində müəyyən məqsədlər üçün istifadə etməyə çalışırlar. Çünki güclü və qüdrətli Azərbaycanın inkişafı bəzi qüvvələrin ürəyincə deyil. Amma bu cür hərəkətlərinə baxmayaraq onların məkirli planları heç vaxt baş tutmur və tutan da deyil.

GÜLYANƏ