PDF Oxu

Müxalifət

  • 3 123

Niyaməddin Orduxanlı: “Eldəniz Quliyev küçə adamıdır” AÇIQLAMA

Niyaməddin Orduxanlı: “Eldəniz Quliyev küçə adamıdır” AÇIQLAMA

"Milli Şura"nın üzvü, El hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevin "facebook" sosial şəbəkəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı ilə bağlı yazdığı təhqir statusu qarşı tərəfin də sərt reaksıyasına səbəb olub. Niyaməddin Orduxanlı SİA-ya verdiyi açıqlamada Eldəniz Quliyevi "gədə" adlandırıb."Baxın, bu adamlar Cəmil Həsənli və Əli Kərimlinin ətrafında olanlardır. "Milli Şura"nı təmsil edirlər. Adı tərbiyələri belə yoxdur. Bu "tərbiyə" ilə hələ ziyalılıqdan, demokratıyadan danışırlar. Hakimiyyətə iddia edirlər. Bilirsiniz ki, məhkəmənin qərarı ilə Eldəniz Quliyev bir neçə gün küçə süpürməlidir və hər gün də gedib şəhərin mərkəzi küçələrini süpürür. Yəqin küçə süpürən zaman zibillikdə it-küçüklə çox ünsüyyətdə olur. Onların xasiyyətini mənimsəyib. Bu da dönüb olub qoca köpək. Ona görə də normal cavab vermək əvəzinə bu cür hürməklə məşğul olur. Eldəniz Quliyevi üstümə hürdürən Cəmil Həsənlinin buna söz verdiyi hollivuddur. Ancaq hələ də qanmır ki, bu səviyyə ilə Biləcəridən o tərəfə keçə bilməz" - deyə, Niyaməddin Orduxanlı bildirib.N.Orduxanlı əlavə edib ki, bu günə kimi heç kim deyə bilməz ki, o kimisə təhqir edib: "Yalnız faktlar qeyd etmişəm, təhqirsiz. İnsanı təhqir etmək aciz və axmaq adamların işidir. Cəmil Həsənli də Əli Kərimli də fakta cavab vermək əvəzinə, həmişə təhqirə əl atırlar. Gədə-güdəni qabağa verirlər. Cəmil Həsənli, çıxın cavab verin ki, bu kitabı mən yazmamışam və bu fakt yalandır. Bütün bunlar mən deputat olduğum zaman baş verməyib. Mən böhtan atmıram. Cəmil Həsənli deputat olduğu dövrdə , 2009-cu ildə bu kitabı yazıb! Cəmil Həsənli deputat olanda bu kitabı qoltuğuna vurub nazirlərin, komitə sədrlərinin qəbul otağında boynunu büküb otururdu ki, bu kitabı onlara bağışlasın və yaxud da Əli Kərimli 2003-cü ilə qədər bu hakimiyyətlə əməkdaşlıq edib. Əli Kərimli xəyanətinə görə hakimiyyətdən qovulub. Bütün bunların hamısı həqiqətdir. Ona görə də bu adamlar cavab vermək əvəzinə söyüşə əl atırlar".

sia.az

Digər xəbərlər