PDF Oxu

Müxalifət

  • 883

Rauf Arifoğlu İsa Qəmbəri bitirir

image

Müxalifət daxili kütləvi istefalar fonunda "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da Müsavatdan istefa verdi. Artıq demək olar ki, AXCP və Müsavat dağılma prosesini başa vurub məhv olma mərhələsinə keçirlər. Vəhdət partiyasının sədri Tahir Kərimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, həqiqətən də Rauf Arifoğlu Müsavatın və ümumilikdə bütün müxalifətin ən ağır toplarından biri idi: "İndi isə onun istefa verməsi sözün həqiqi mənasında Müsavat üçün böyük itkidir. Müsavat bununla təbliğat maşınını itirmiş oldu".

T.Kərimlinin sözlərinə görə, istefalar bir daha təsdiq edir ki, artıq Müsavat və AXCP özünün tamamilə parçalanma dövrünü yaşayırlar: "Müsavat və AXCP özlərinin keçmiş qoruyucularını itirməkdədirlər. Demək olar ki, hər iki partiyada və sədrlərin ətrafında bir dənə də olsun tanınmış şəxslər qalmayıb. Ona görə də, müxalifət düşərgəində olan AXCP və Müsavat partiyalarında olan dağılma prosesi gözləniləndir. Müxalifətin parçalanmasının başlıca səbəbi isə liderciklərin səhv, düşünülməmiş siyasət aparmalarıdır".

"Ümumiyyətlə, daha çox AXCP və Müsavatın parçalanmaya məruz qalmasının səbəbi nə ilə izah oluna bilər" sualını cavablandıran T.Kərimli onu da bildirdi ki, çünki bu iki partiya özləri iddialı idilər ki, müxalifət düşərgəsində iki ən böyük partiya onlardır: "İstər Müsavat istərsədə AXCP xalqın, dövlətin maraqlarına uyğun siyasət aparmırlar. Fəaliyyətlərini daha çox hansısa xarici qüvvələrin istək və arzularına uyğun qururlar. Bu isə xalq tərəfindən mənfi qarşılanır. Eləcə də, partiyalar daxilində də kənar qüvvələrlə iş birliyi müsbət dəyərləndirilmiir. Bu baxımdan AXCP və Müsavat dağılmağa məhkum olurlar. Proses bundan sonra daha da dərinləşəcək. Ehtimal ki, bu ilin noyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə qədər bu partiyalar fəaliyyətlərini dayandırsınlar".

GÜLYANƏ

Digər xəbərlər