PDF Oxu

Müxalifət

  • 16 726

Qənimət Zahidin "Azərbaycan saatı" planı ifşa olundu

Qənimət Zahidin "Azərbaycan saatı" planı ifşa olundu

TƏRS BAXIŞ

Onun əsas məqsədi qohum-əqrəbası ətrafında süni ajiotaj yaradıb, mühacirətə göndərməkdir

Uzun zamandır ki, xarici telekenallar vasitəsilə "Azərbaycan saatı" adlı verilişi vasitəsilə erməni lobbisindəki məliklərinə və qərbli serlərinə nökərçilik edən Qənimət Zahidin axır ki, əsas mətləbi bəlli olub. Daha dəqiqi, onun "Azərbaycan saatı" adlı verilişi vasitəsilə qohum-əqrəbasını mühacirətə göndərmək planı ifşa olunub. Bəlli olub ki, əslində o, məqsədli şəkildə Şamaxının Meysərli kəndində yaşayan qohumlarını öz yanına - Avropaya mühacir kimi daşımaq istəyib. Bunun üçün isə onun cızdığı xüsusi plana diqqət yetirək.

Plan № 1 - "Azadlıq" qəzetində "kampaniyaya" start vermək və bir güllə ilə iki dovşan vurmaq

Xatırladaq ki, yaxın günlərdə sözügedən şəxsin 3 yaxın qohumu qanunları pozduqlarına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Ortada isə müəyyən faktlar mövcuddur. Söz yox ki, Qənimət Zahidin cızdığı və AXCP sədri Əli Kərimli ilə razılaşdırdığı plana görə, onun qohumlarının həbsindən dərhal sonra "Azadlıq" qəzetində "kampaniyaya" start verilməli idi və start verildi də. Guya hakimiyyətin Qənimət Zahidin "Azərbaycan saatı" verilişindən "narahat" olduğunu müxtəlif üsullarla işıqlandıran qəzet bunu bilavasitə Qənimət Zahidə qarşı törədilən "repressiya" kimi qələmə verməyə başladı. Beləliklə, "Azadlıq" qəzeti öz çirkin əməlini bu dəfə həmin üsulla reallaşdırmağa çalışdı. Əlbəttə ki, Əli Kərimlinin "facebook" vasitəsilə "zəhmətlərini" də buraya qatsaq, onda "kampaniyanın" məqsədli olaraq aparıldığını istisna etmək olmaz. Başda Cəmil Həsənli, "Milli Şura"nın təmsilçiləri də bu "kampaniyaya" qoşularaq, əslində bir güllə ilə iki dovşan vurmaq prinsipini gerçəkləşdirməyə cəhd göstəriblər. Çünki Qənimət Zahid öz qohumlarını Avropaya "siyasi mühacir" kimi aparmaq istəyirsə, onların qarınlarını doydurmaq da onun üzərinə bir vəzifə kimi düşür. Buna görə isə ona bir miqdar pul-para lazımdır. Həm ona dəstəyə görə Əli Kərimliyə ödəniləsi, həm də qohumlarına xərclənəsi pul-para! Əlbəttə ki, Azərbaycan əleyhinə dayanmadan çalışan erməni lobbisi və satın alınmış avropalı siyasi dairələr, təşkilatlar da həmin fürsətdən öz səmərələri üçün yararlanmalı, buna görə Qənimət Zahidə maddi yardım göstərməlidirlər ki, artıq bu məsələnin də işıq ücü görünməyə başlayıb. Beləliklə, 1 nömrəli plan artıq həyata keçirilir.

Plan № 2 - "siyasi məhbus" siyahısına Zahidovları əlavə etmək

Qənimət Zahidin və AXCP rəhbərliyinin 2-ci planı isə "siyasi məhbus" məsələsi üzərində dayansa da, bu plan doğulmadan fiaskoya uğradı. Özü də bunu məhz cəbhəçilərin özləri, necə deyərək, ağızlarından quş buraxaraq etdilər. Misal üçün, Əli Kərimlinin müavini Gözəl Bayramlı "Azadlığ"a verdiyi "səs-küylü" açıqlamasında iddia qaldırıb ki, "hakimiyyət bu insanlara qarşı ölçüyəgəlməz şəkildə ciddi mübarizə aparır". Maraqlıdır, nəyə görə məhz Qənimət Zahidin qohum-əqrəbası həbs olunan kimi, bunlar həmin həbsləri "repressiya" kimi görməyə başlayırlar? Məgər qanunları pozanlar bir də həmin qanunları pozmaq üçün azadlıqda əllərini yelləyə-yelləyə gəzməlidirlərmi?

Haşiyə: - Qənimət Zahidin qardaşı oğlu Tural Zahidov iyulun 18-də polisin qanuni tələbinə tabe olmamaqda təqsirləndirildiyinə görə polis idarəsinə gətirilib və ona 30 sutka cəza verilib. Onun əmisi oğlu Rövşən Zahidova isə 25 sutka inzibati həbs cəzası verilib. Rüfət Zahidov isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.1-ci maddəsi ilə ittiham edilir.

Bir də ki, ölkədə tutulanlar yalnız Zahidovlar deyi axı. Qanun qarşısında hər kəs cavabdehdir. Əgər belə deyilsə, Gözəl Bayramlı siyasətə heç bir aidiyyatı olmayan digər qanun pozucularını da "repressiyaya" uğradıqlarını iddia etsin. Etmir ona görə ki, çünki AXCP-yə, ya da başqa müxalif siyasi partiyalara aidiyyatı olmayan qanun pozucularının həbsi Gözəl Bayramlıya sərf etmir.

Yeri gəlmişkən, elə Gözəl Byramlının da quş buraxması buradan görünür. Sitata nəzər salaq: "Qənimət bəyin qohumlarının siyasətə heç bir aidiyyəti yoxdur". Yaxşı, əgər Qənimət Zahidin qohumlarının siyasətə heç bir aidiyyatı yoxdursa, onların Qənimət Zahidə aid edilmələri, yəni həbslərinin onun fəaliyyəti ilə bağlanmasını necə başa düşək?! Demək, bu məsələnin siyasiləşdirimləsində əsas tərəf məhz AXCP rəhbərliyidir. Hətta belə qənaətə gəlmək mümkündür ki, onların 2-ci planları işə yaramayıb.

Plan № 3 -Mühacir biznesinin AXCP variantı

Yəqin ki, ötən aydan Müsavat partiyasının mühacirət biznesi ətrafında qalmaqala məruz qalması barədə bir çoxlarının xəbəri var. Yəni müəyyən rüşvətlər hesabına şəxləri partiyaya üzv yazdırıb, sonradan onların xarici ölkələrə köçmələrinə vasitəçi olmaq amili öz təsdiqini tapmaqdadır.

Ancaq hər zaman olduğu kimi, AXCP bu dəfə də Müsavatdan geri qalmaq istəməyib və ortaya çıxan Qənimət Zahid fürsətindən daha "işlək mexanizmlə" tamamlandırılmağa çalışılıb. Bu, mühacirət biznesinin AXCP variantıdır. Artıq bu variantın bir neçə hissənini yuxarıda qeyd etmişik. Bəs daha hansı variantlar ola bilər?

Növbəti variantlar müxtəlif qanun pozuntularından dolayı baş verən həbsləri siyasiləşdirmək və bu müstəvidə beynəlxalq təşkilatları Azərbaycana qarşı qısqırtmaq. Məsələn, Qənimət Zahidin qohumlarının məlum həbslərindən sonra daim Azərbaycan hakimiyyətinə qarşı erməni qədər düşmən kəsilən "Sərhədsiz Reportyorlar" təşkilatı etirazını bildirib. Artıq digər təşkilatların da bənzər motivdən çıxış edən bəyanatlarının səslənəcəyi gözləniləndir. Bu baxımdan, gələcək növbəti ittihamların da əsassız olduğu kimi heç bir səmərə verməyəcək. Bu, 100 % belədir! Qaldı ki, Qənimət Zahidə, o, "mühacir biznesi"nə öz qohumlarını tutuzdurmaqla başlamaq fikrinə düşüb. Yəni planlı şəkildə həyata keçirilən olaylardan da bunu görmək çətin deyil.

1. Qənimət Zahidin qohumları həbs olunarkən, polisə müqavimət göstəriblər.

2. Qənimət Zahid onlara əvvəlcədən tapşırıb ki, polislərə müqavimət göstəriblər və bununla "təzyiqə məruz qalmış Azərbaycan vətəndaşı" obrazını yaratsınlar ki, sonradan mühacirətləri asanlaşsın.

3. Qənimət Zahid bir sıra erməni lobbisi tərəfindən maliyyənləşdirilən xarici təşkilatlarla razılığa gəlib ki, o, Azərbaycan əleyhinə daha azğın düşmənçilik nümayiş etdirəcək və onun adamları başqa ölkələrə "mühacirət" edərkən, onlara rahat sığınacaqlar, üstün güzəştlər veriləcək.

Ancaq göründüyü kimi, Qənimət Zahidin Əli Kərimli ilə cızdığı plan yararsızlaşıb. Çünki heç Avropanın özündə inzibati cəzanı repressiya kimi qəbul etmirlər. Yox, əgər Qənimət Zahidin qohumları bir neçə illik müddətə həbs olunsaydılar, onda bəlkə öz yeni biznesində hər hansı uğur qazana bilərdi. Amma bu, alınmadı...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər