PDF Oxu

Müxalifət

  • 967

Müxalifətdən imtina olunur

Müxalifətdən imtina olunur

Xarici qüvvələrin bəziləri Müsavat və "Milli Şura" ilə əlaqələrini kəsdiklərini bəyan ediblər

Bu gün siyasi arenada baş verən reallıq ondan ibarətdir ki, müxalifətin dağıdıcı qanadı xarici maraqlı qüvvələrdən maliyyə yardımı alırlar. Yəni Azərbaycanda müəyyən təxribatlar törətmələri müqabilində xarici fondlardan maliyyə vəsaitləri alırlar. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalif partiyalar təsir altında saxladıqları qeyri-hökümət təşkilatları vasitəsi ilə xaricdən böyük həcmli pullar alırlar: "Demək olar ki, müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Bu baxımdan, müxalifət partiyaları ümidlərini ən azı maddi və mənəvi dəstək əldə etmək üçün xarici qüvvələrə bağlayırlar. Bu isə, qanunvericiliyin tələblərinin pozulması deməkdir". Partiya sədrinin sözlərinə görə, hazırkı mərhələdə müxalifət cəmiyyət tərəfindən qəbul olunmayan topluma çevrilibdir: "Belə olan halda da xalq tərəfindən etibarı olmayan siyasi bir təşkilatın hər hansı bir nailiyyətə çatması mümkün deyil. Onlar yalnız xarici maraqlı qüvvələrə arxalanır ki, bu da radikallara ictimai qınaq gətirir. Son vaxtlar baş verən müxalifətdaxili proseslər partiyaların tamamilə məhv olmaq ərəfəsində olduğunu deməyə əsas verir". M.Səfərli onu da bildirdi ki, hər hansı bir siyasi partiyanın kənar qüvvələrlə əlaqəsinin olması siyasi prinsiplərə və qanunlara ziddir: "Ölkədə fəaliyyət göstərən istənilən siyasi partiyanın xaricdən hər hansı bir asılılığı olmamalıdır. Əgər bu asılılıq həmin siyasi partiyalarda varsa, artıq həmin siyasi partiyalar Azərbaycan cəmiyyətinə xeyir verə bilməz. Çünki öz siyasi məqsədlərinin həyata keçməsi üçün müxaliflər özlərini xaricdə olan qüvvələrin qabağında alçaldırlar. Bu da utancverici hərəkətdir. Amma buna baxmayaraq, onlar yenə də öz çirkin əməllərindən əl çəkmirlər. Ökədə fəaliyyət göstərən hər hansı bir partiyanın xaricdən maliyyələşməsi "Siyasi partiyalar haqqında qanun"un tələblərinə ziddir. Vəsaiti əldə etmək üçün həmin liderlər çoxlu sayda QHT-lər yaradırlar. Bu QHT-lər də xaricdən maliyyələşir. Sadəcə olaraq, bunun adı partiya yox, QHT olur. Yəni həmin partiyalar QHT-lərin vasitəsi ilə xaricdən maliyyələşirlər. QHT-lərin icazəsi var ki, xarici fondlar tərəfindən maliyyələşsin. Əsində isə, hər kəs çox gözəl bilir ki, bu QHT-ləri də sözügedən partiyalar yaradıb. Bir sözlə, onlara pul və qrant ayıran da yaxşı bilir ki, ayrılan bu pul vəsaiti QHT-lərə yox, bu QHT-lərin arxasında duran partiyalara verilir. Sözsüz ki, bu fürsətlərdən də həmin partiyalar çox yaxşı şəkildə istifadə edirlər".

GÜLYANƏ

Digər xəbərlər