"Biz vaxtilə Müsavat Partiyası olaraq qurultaydan öncə uzun məsləhətləşmələr apardıq. Bu partiyada islahatların getməsi ilə bağlı ciddi düşüncələrimiz oldu". Bunu SİA-ya Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy Qubad İbadoğlunun Müsavat partiyasının başqanı olması ilə bağlı səsləndirilən iddialara münasibət bildirərkən deyib.ADR İdarə heyətinin üzvünün sözlərinə görə, Qubad İbadoğlu ilə şəxsən mənim aramda dəfələrlə söhbətlər oldu: "Mən məhz bu səbəbdən Qubad İbadoğlunun lehinə namizədliyimi geri götürdüm. Çünki onun partiyanın gələcəyinə baxışları ilə mənim baxışlarım tamamilə üst-üstə düşürdü. Xüsusi olaraq partiyanın xəttini müəyyən edilməsində, radikalizmdən əl çəkmək məsələsində tamamilə fikirlərimiz eyni idi. Güman edirdik ki, Müsavatın qurultayında biz buna nail olacayıq. Amma saxtakarlar buna imkan vermədilər. Bu gün partiya çox ağır və acınacaqlı durumdadır".
sia.az