PDF Oxu

Müxalifət

  • 1 135

"Müxalifət yenə real olamayan xəyallar qurur"

"Müxalifət yenə real olamayan xəyallar qurur"

Tahir Kərimli: "Nə indi, nə də sabah müxalifət düşərgəsində birliyin yaradılması qeyri-mümkündür"

Bəlli olduğu kimi, ADP sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn müxalifətin ümumi birliyinin yaradılması üçün partiyalarla danışıqlara start veriblər. Lakin buna bxamayaraq, düşərgədə fəaliyyət göstərən digər müxalif siyasi təşkilatlar bu cür birliklərin ömürlərinin qısa olacağını qeyd etməkdədirlər.

Hazırkı dövrdə müxalifətin yeni birliyini yaratmağın mümkün olmadığını proqnozlaşdıran siyasi təşkilat rəhbərlərindən biri də Vəhdət partiyasının sədri Tahir Kərimlidir. Belə ki, partiya sədrinin "SƏS" qəzetinə verdiyi açıqlamasında da qeyd olunduğuna görə, ADP-AXP rəhbərliyinin müxalifətin ümumi birliyini yaratmaları ideyası inandırıcı görünmür. Sitat: "Bir-birinə nifrət edən müxalifəti təmsil edən şəxslər necə birgə fəaliyyət göstərə bilərlər? Burada müxalifətin hansı birliyindən söhbət gedə bilər? Təbii ki, müxalifətin heç bir birliyindən söhbət gedə bilməz. Çünki buna müxalifət partiya sədrlərinin şəxsi ambisiyalarının olması ümumi birliyin yaradılmasında ciddi problemlər yaradır. Ümumiyyətlə nə indi, nə də sabah müxalifət düşərgəsində birliyin yaradılması qeyri-mümkündür. Müxalifətin birlik ideyası, bir birlik formatı kimi yaxşı ola bilər, amma həyata keçirilə bilməz. Bu gün hər kəs çox gözəl bilir ki, müxalifətdə fəaliyyət göstərən partiya rəhbərlərinin bir-birilərinə qarşı olan düşmən münasibətinin nəticəsidir ki, müxalifət bu cür çıxılmaz bir vəziyyətə düşüb və nəticədə müxalifətin tamamilə parçalanmasına gətirib çıxardı. Ümumiyyətlə, müxalifətçilər öz aralarında körpülərini çoxdan yandırıblar".

T.Kərimli müxalifət birliyinin əsaslı şəkildə pozulmasının səbəbkarı kimi AXCP və Müsavat partiyalarını göstərib: "AXCP və Müsavat arasında baş verən qarşıdurmalar bu partiyaların nəticə etibarilə sıradan çıxardı. Artıq həmin partiyalar arasında olan münasibətlər o dərəcədə gərginləşib ki, bu cür gərginlik həlli mümkün olmayan problemlərə çevrilib.

GÜLYANƏ

Digər xəbərlər