Bu günlərdə daha bir siyasi hərəkatın yaradılması barədə mətbuatda gedən informasiyalar ölkəmizdə baş tutacaq parlament seçkilərinin ab-havasını gəritməkdədir. Hansı ki, sonuncu informasiya cəmiyyətə, ictimai rəyə heç real təsir bağışlamamaqdadır. Belə ki, bu dəfə adıçəkilən isim uzun müddətdir ki, siyasi düşərgədə adı çəkilməyən İlqar Qasımovdur. Həmin İlqar Qsımov ki, o, vaxtilə ADP-Ədlət partiyalarının birləşdiyi bir dövrdə ADP-nin ali məclisinin sədri funksiyasını daşıyıb. Daha dəqiq desək, Rəsul Quliyevin partiyaya rəhbərlik etdiyi dövrlərdə onun "sağ əli" rolunu oynayıb.
İlqar Qasımov amili ən müxtəlif illərdə, xüsusilə seçki prosesləri ərəfəsində siyasi kuluarlarda meydana çıxır
Yeri gəlmişkən, onu da xatırlatmaq yerinə düşərdi ki, Ədlət partiyasının sədri İlyas İsmayılovla da yaxın münasibətləri olmuş İlaqar Qasımov hələ o vaxtlardan Rusiyaya meyilli şəxs kimi tanınırdı. Əbəs yerə deyil ki, müxalifətin növbəti uğursuzluqlarından sonra onun səsi Rusiyanın ədliyyə orqanlarından gəlməyə başlamışdı. İlqar Qasımovun sabiq müdafiə naziri Rəhim Qazıyevlə və sabiq baş nazir Surət Hüseynovla da adı bir çox hallarda birgə çəkilib. Beləliklə, Rusiyanın qaranlıq siyasi dairələri ilə yaxın olmuş hər bir kəslə münasibətdə olan həmin İlqar Qasımov indi də "Avrasiya Hərəkatı" adlı qurum yaradacağını bəyan edir. Hazırda isə ona bu işdə sabiq milli təhlükəsizlik naziri Nəriman İmranov və sairələri dəstək göstərməkdədirlər.
Məsələyə daha dəqiq yanaşaq və bəzi xatırlamalarda bulunaq. Belə ki, həmçinin, "general" ləqəbi ilə tanınan İlqar Qasımov yenidən Azərbaycanı Kremlin qaranlıq dairələrinin təsirinə salmağa cəhd edir. Yəni o, indilərdən deyil, məhz uzun illər öncədən xəyanət yolunu tutur. Məsələn, o, 90-cı illərin ikinci yarısından "Azərbaycan Yolu" Siyasi Hərəkatının (AYSH) sədri olub və Rusiyanın maraqlarından çıxış edib. Rusiya hərbi-siyasi dairələrinə bağlı İ.Qasımov ən müxtəlif illərdə, xüsusilə seçki prosesləri ərəfəsində nədənsə siyasi kuluarlarda meydana çıxıb. Lakin o, hər dəfə nəticəsizliyi ilə yadda qalaraq, ona verilmiş təlimatlarl yerinə yetirə bilməyib.
Nəriman İmranov əfv olunduqdan dərhal sonra məhz Rusiyaya (!) köçmüşdü
Bu gün ona "Avrasiya Hərəkatı" adlı qondarma bir qurumun yaradılmasında dəstək göstərənlər sırasında "Milyarderlər İttifaqı"nın qalmaqallı rəhbərlərindən olmuş, sonradan isə oradan uzaqlaşdırılmış Abbas Abbasovdur. Eyni zamanda Nəriman İmranov da orada yer alır. Xatırladaq ki, məhz 1994-cü il oktyabr ayının 15-də Nəriman İmranov bir qrup şəxsin MTN-in təcridxanasından qaçırılmasının təşkilində iştirakda, onların Rusiyaya göndərilməsinə yardımda və vətənə xəyanətdə təqsirləndirilərək həbs olunub və ömürlük azadlıqdan məhrum edilmişdi. Yalnız 2002-ci ildə Ulu Öndər Heydər Əliyev Nəriman İmranovu əfv edib və o, azad olunandan sonra Rusiyaya (!-R.N.) yollanıb. Bu illər ərzində İmranovun adı gündəmə 4 iyun qiyamı ilə bağlı xatirələrə gətirilirdi. Lakin bəzilərindən fəqrli olaraq, o, bir müddət sakit qalmağa üstünlük vermişdi.
Beləliklə, "Avrasiya Hərəkatı"nın yaradılmasında həm onun, həm də İlqar Qasımovun adlarının çəkilməsi təxribatçı dairələrin Azərbaycanda parlament seçkiləri ilə bağlı planlarının olmasından xəbər verir. Ancaq bu adamların hər hansı bir uğur ədlə edə biləcəkləri, ümumiyyətlə, görünmür. Çünki onların keçmişini bilənlər də yaxşı bilirlər ki, Vətənə, dövlət maraqlarına xəyanət edənlər xalqı da satmağa hazırdırlar.
"Avrasiya İttifaqı" ilə "Avrasiya Hərəkatı" arasındakı bağlar...
Daha bir diqqətçəkici məqam isə yaradılması planlaşdırılan qondarma hərəkatın adı ilə bağlıdır. Məsələ ondadır ki, bu gün regionda "Avrasiya İttifaqı" deyilən bir təşkilat fəaliyyət göstərir və bu təşkilatın bilavasitə idarəçisi məhz Rusiyadır. Həmin təşkilatda isə digər bir neçə dövlətlə yanaşı, Ermənistan da fəaliyyət göstərir. Azərbaycan isə qəti və kəskin mövqeyini ortaya qoyaraq, bu təşkilatda iştirak etməkdən imtina edib. Təbii ki, bu da müəyyən siyasi dairələrin qısqanclığına səbəb olub ki, indi də parlament seçkiləri öncəsi ölkdə sabitliyi pozmaq üçün eyniadlı "hərəkat" yaratmaq istəyir. Başda İlqar Qasımov olmaqla "Avrasiya Hərəkatı" planının arxasında dayanan daha bir neçə xəyanətkar şəxslər isə yenidən ortaya atılaraq, növbəti satqınçılıq addımlarını atmağa cəhd edirlər. Bu isə indidən tamamilə əksini göstərməkdədir. Çünki bənzər addımlar daha öncələr atılsa da, maraqlı dairələrin planları ifşa olunmuş, siyasi gedişləri isə fiaskoya uğramışdı. Biz buna misal kimi Qərbin maraqlı dairələri tərəfindən sifariş olunmuş "İctmai Palata" amilində də, "Milli Şura" amilində də gördük. İndi isə "Avrasiya Hərəkatı"nın yaradılması planları da bu cür uğursuzluqların davamı olaraq, xəyanət kitabına yazılacaq. Sadəcə, görünən budur ki, parlament seçkilərinə bir neçə ay qalmış, xarici dairələrin tamahları artmağa başlayır. Bu cür tamahlar isə keçici olur. Çünki xalqın birmənalı seçimi, dövlətə bağlılıq prinsipi belələrinin ağzını zamanında bağlayıb, siyasi zibilliyə atır.
Rövşən NURƏDDİNOĞLU