PDF Oxu

Müxalifət

  • 853

Sərdar Cəlaloğlu: “Liderlərin maraqları üst-üstə düşməyə bilər” AÇIQLAMA

Sərdar Cəlaloğlu: “Liderlərin maraqları üst-üstə düşməyə bilər” AÇIQLAMA

"Bu gün "Qarabağ" blokunun iclasında Ümid Partiyası ilə Azərbaycan Demokrat Partiyasının (ADP) birlikdə parlament seçkilərinə qatılması ilə bağlı qərar aldıq. Bundan başqa da təkliflər var. Onları sabah müzakirə edəcəyik". Bu fikirləri SİA-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu partiyasının seçkilərə hansı formatda gedəcəyinə münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, heç kimi seçkiyə qatılmağa məcbur etmək olmaz: "Siyasi partiyalar haqqında qanun"a əsasən bloka daxil olan partiyalar müstəqil siyasət apara bilməz. Hər kəs seçkiyə könüllü qatıla bilər. Bizim partiyada namizəd seçkisi ümumidir. Əgər hər kəs partiya maraqlarına xidmət edirsə, o zaman partiya ümumilikdə həmin şəxsin namizədliyini məsləhət görür və həmin şəxs də seçkilərdə partiyanın namizədi kimi iştirak edir. Misal üçün partiya qərar verirsə ki, seçkiyə Həsən getməlidir, o da gedəcək. ADP-də partiyanın qərarına qarşı çıxmaq halları istisnadır. Bu hal özbaşına partiyalara məxsusdur".ADP sədri Ümid Partiyasının "Qarabağ" blokundan imtina edərək, "125-lər Klub"u ilə seçkilərə gedəcəyi iddialarına münasibətini bildirib. O deyib ki, əgər belə hal baş verərsə, o zaman hər hansı bir addım barədə düşünüləcək: "Bəzən liderlərin maraqları ilə üzvlərin maraqları üst-üstə düşməyə də bilər".

sia.az

Digər xəbərlər