PDF Oxu

Müxalifət

  • 984

Razi Nurullayev: “Bu, Əli Kərimli üçün ölüm-dirim məsələsidir” MÜNASİBƏT

Razi Nurullayev: “Bu, Əli Kərimli üçün ölüm-dirim məsələsidir” MÜNASİBƏT

"Əli Kərimli partiyada ola-ola başqasının onun kürsüsünə əyləşməsinə icazə verməz". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin keçmiş müavini Razi Nurullayev AXCP-nin qurultayında Əli Kərimlinin öz sədrlik postunu tərk edəcəyinin real görünüb-görünmədiyinə dair sualımızı cavablandırarkən deyib.

Razi Nurullayev qeyd edib ki, bu məsələ Əli Kərimli üçün ölüm-dirim məsələsidir: "O yalnız və yalnız partiya sədrindən daha böyük məqama yiyələnsə, o zaman yerini tərk edər. Əks halda bu mümkün deyil. Daha çox təşkilatın birləşdiyi bir birliyə sədrlik etməli olsa, AXCP də öz yerinə idarə edə biləcəyi birini seçdirər. Heç zaman partiyanı əlindən buraxmaq istəməz. Amma, əlbəttə bu onun istəyidir. Partiya daxilində istəklər isə fərqlidir. Artıq daha çox cəbhəçi onun sədrlikdən getməsini arzulayır. Bu baxımdan da hesab edirəm ki, qurultayı gözləsək yaxşı olar".

sia.az

Digər xəbərlər