PDF Oxu

Müxalifət

  • 953

Sülhəddin Əkbər: “Müxalifət hər hansı bir uğur əldə edə bilməyəcək" AÇIQLAMA

Sülhəddin Əkbər: “Müxalifət hər hansı bir uğur əldə edə bilməyəcək" AÇIQLAMA

"Partiyamızın seçkilərdə iştirak edib-etməməsi hələ ki açıq qalır". Bu fikirləri SİA-ya Azad Demokratlar Partiyasının sədri (AzDP) Sülhəddin Əkbər bu il keçiriləcək parlament seçklərinə hazırlıqla bağlı açıqlamasında deyib. AzDP sədri yekun qərarın təşkilatın Məclis toplantısından sonra veriləcəyini deyib: "Seçkilərdə iştirak edib-etməyəcəyimiz sentyabr ayının əvvəlində məclisin verdiyi qərardan sonra bəlli olacaq. Əgər seçkilərə qatılsaq böyük ehtimalla "Azadlıq-2015" Seçki Bloku daxilində bu prosesə qoşulacağıq".Sülhəddin Əkbər düşərgədə cərəyan edən ümumi seçki mühitinə də aydınlıq gətirib. Bildirib ki, müxalifətin belə bir məqamda uğur qazanacağı inandırıcı görünmür: "Digər müxalifət partiyalarının hansı seçki formatına gəldikdə isə düşünmürəm ki, düşərgə hazırkı dönəmdə hər hansı bir uğur əldə etsin".Partiya sədri "Azadlıq-2015" Seçki Blokunda təmsil olunan bir sıra partiyaların digər blok və birliklərdə təmsil oluna biləcəklərini istisna etməmələri tipli açıqlamalarına da münasibtət bildirib: "Bu, onların öz problemləridir, ona görə də yaxşı olardı ki, özləri həmin seçimləri ilə bağlı fikir bildirsinlər".

sia.az

Digər xəbərlər