Mais Səfərli: "Yurddaş" partiyası olaraq Prezident İlham Əliyevi dəstəkləyən partiyalarla əməkdaşlıq edirik və edəcəyik də"
Müxalifət partiyaları müxtəlif cinahlarda blok və birliklər şəkillndə palrlament seçkilərinə hazırlaşdıqlarını bəyan edirlər. Lakin ötən seçklərdə olduğu kimi, bu dəfə də partiyaların yeni koalisiya və birliklərdə iştirakı onların seçki uğurlarını reallaşdıra bilməyəcəyini onlar arasında baş qaldıran ziddiyyətlərlə də müəyyən etmək mümkündür.
"Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, bu gün müxalifət partiyaları elə acınacaqlı bir durumdadırlar ki, onlar hansısa koalisiya yaratsalar da, onların sonda nəticələrə heç bir təsir göstərməyib: "Müxalifət düşərgəsini təmsil edən şəxslər olduqları ağır vəziyyətdən daha da pis durumda düşəcəkdir. Yəni ölkədə keçiriləcək parlament seçkilərində müxalifət düşərgəsini təmsil edən şəxslər çox az səs toplayacaqlar. Çünki müxalifətin xalq tərəfindən heç bir dəstəyi yoxdur. Belə olan halda onların nə isə bir uğur qazanması necə real ola bilər"?
Partiya sədri, əslində, ənənəvi müxalifətin qeyri-legitim olduğunu deyib: "Bu partiyalar müxalifət adı ilə çıxış etsələr də, gerçəklikdə qeyri-ligitim müxalifət sayılır. Birmənalı şəkildə müxalifət qüvvələrinin sosial dayağı yox dərəcəsindədir. Hər zaman müxalifət partiyalarında təmsil olunan şəxslər reallığı özündə əks etdirməyən çıxışlar etməklə boş-boş xəyallara dalır. Təbii ki, onların qurduqları xəyallarda sonda uğursuzluqla bitir."
Mais Səfərli "Yurddaş" partiyası olaraq bu kimi müxalifət partiyalarla iş birliyinə getməyəcəyini deyib və vurğulayıb ki, onun rəhbəri olduğu siyasi təşkilat yalnız dövlətçiliyi dəstəkləyən təşkilatlarla iş birliyində olacaq: "Biz "Yurddaş" partiyası olaraq Cənab Prezident İlham Əliyevi dəstəkləyən partiyalarla əməkdaşlıq edirik və edəcəyik də".
GÜLYANƏ