PDF Oxu

Müxalifət

  • 842

Leyla Yunusun ifşası yeni faktların üzə çıxması deməkdir

Leyla Yunusun ifşası yeni faktların üzə çıxması deməkdir

Azərbaycanda doğulub boya-başa çatan, amma Azərbaycan xalqına və dövlətinə qarşı erməni maraqlarından çıxış edən Leyla Yunusun məhkəmədə özünə tərcüməçi götürməsi şübhəli məqamlar üzə çıxarır. Ən azı sual olunur: Əgər o, həqiqətən də azərbaycanlıdırsa, niyə Azərbaycan dilini bilmir? Burada təəccüblü məqamlar nədən ibarətdir?

İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:

- Öz ana dilini bilməyən bir insandan dövlətinə və millətinə qarşı satqınçılıq yolu tutması gözləniləndir. Öz milli və mənəvi dəyərlərlərinə hörmət etməyən bir insandan dövlətçiliyə sədaqət və xalqına qarşı hörmət etmələrini gözləmək olmaz. Məhz Leyla Yunus da bu cür insandır. Yəni Leyla Yunus öz xalqını satmaqla və dilinə hörmətsizlik etməklə kim olduğlarını bir daha açıq şəkildə nümayiş etdirir. Ona görə də, bu kimi şəxslər layiq olduqları cəzalarını almalıdırlar.

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov:

- Əgər bir şəxs Azərbaycanın maraqlarına zidd fəaliyyət yolu tutub, pozucu xarakterli fikirlər səsləndirirsə, deməli, onun söylədiyi fikirlər də öz fikirləri deyil. Yəni Leyla Yunusun öz dilini bilməməsi şübhəli məqamlardan xəbər verir. Azərbaycan maraqlarını bəzi xarici dairələrin maraqlarına satan insanlarda belə hadisələrin baş verməsi heç də təəccüb doğurmur. Hər zaman bu kimi şəxslərdən millətin maraqlarından öz şəxsi marağını və yaxud da hansısa bir qurumu üstün tutan şəxslər öz millətinin mənəvi dəyərlərinə qarşı bu cür laqeyid olublar. Bu cür insanlar, eləcə də L.Yunus layiq olduqları cəzanı almalıdırlar.

AHB-nin sədri Təhmasib Novruzov:

- Leyla Yunusu erməni lobbisi ən yüksək səviyyədə müdafiə edir. Ayrı-ayrı ölkələrin mətbu orqanlarında L.Yunusun həbsi ilə bağlı hay-küylü məqalələrin çap olunması erməni lobbisinin öz casuslarına olan dəstəyidir. Casusun ifşası yeni faktların üzə çıxması demək olar. Leyla Yunus kimi hazır bir casuslarının belə asandlıqla sıradan çıxmasını onlar həzm edə bilmirlər. Bu kimi şəxslər pula, vara görə hər şeylərini qurban verirlər. Hətta mənsub olduğu milləti, vətəndaşı və ərazisində yaşadığı dövləti satmaqan belə çəkinmirlər. Bu, Qərbin bəzi anti-Azərbaycan qüvvələrinin Azərbaycana qarşı hazırladığı planın tərkib hissəsidir.

GÜLYANƏ

Digər xəbərlər