PDF Oxu

Müxalifət

  • 864

AXCP nə əldən qoyur, nə yardan doyur AÇIQLAMA

AXCP nə əldən qoyur, nə yardan doyur AÇIQLAMA

Fuad Qəhrəmanlı: "Seçkilərdə iştirakla bağlı yekun qərar verilməyib"

""Yeni Müsavat" qəzetinə və bu qəzetin rəhbərliyinə olan münasibətimi kifayət qədər ifadə etmişəm. Məncə əlavə şərhə ehtiyac yoxdur. Çünki siyasətdən xəbəri olmayan subyektlərin hər hansı fikirlərini ciddi qəbul etmirəm". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı "Yeni Müsavat" qəzetində ona qarşı yazılan yazıya münasibətini bildirərkən deyib.

Fuad Qəhrəmanlı həmçinin təmsil olunduğu Milli Şuranın parlament seçkilərini boykot məsələsinə da aydınlıq gətirərək qeyd edib ki, bununla bağlı hələ ki, yekun qərar verilməyib: "Milli Şura ola bilsin ki, seçkilərdə iştirak etsin. Çünki Milli Şura seçkidə iştirak etmək istəyir, ancaq bizim də bəzi şərtlərimiz var. Bu istiqamətdə müzakirələrimiz davam edir".AXCP rəsmisi Milli Şuranın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamalın "Azadlıq-2015" Seçki Blokunu və "125-lər Siyasi Klubu"nu hakimiyyətə işləmələri barədə irəli sürdüyü məsələyə də cavab verərək bildirib ki, orada təmsil olunan partiyalar mandat qazanmaqdan ötrü düşərgəyə xəyanət edə bilərlər: "Ümumi əhval-ruhiyyə isə ondan ibarətdir ki, kimlərsə seçkiyə hakimiyyətlə bazarlıq kimi baxırsa, onları demokratik proseslərə aid etmək olmaz".Fuad Qəhrəmanlı onu da deyib ki, əgər Milli Şuradan kimlərsə fərdi şəkildə namizədliyini irəli sürmək istəsə iki icra nəzərdə tutulcaq: "Birincisi odur ki, seçkilərdə iştirakdan imtina olunur və fərdlərə müstəqil qərar qəbul etmək imkanı yaradılır.İkincisi isə, boykot qərarı qəbul olunacağı təqdirdə bu, bütövlükdə bütün üzvlərə şamil olunacaq. Onlara heç bir sərbəstlik verilməyəcək. Ümumiyyətlə qəbul olunan qərarın əksinə getmək istəyənlərə bu imkan verilməyəcəkdir".

sia.az

Digər xəbərlər