PDF Oxu

Müxalifət

  • 1 140

Siyasəti qaraya bürünmüşlərin - "Ağ" dərdləri

Siyasəti qaraya bürünmüşlərin - "Ağ" dərdləri

TƏRS BAXIŞ

Və ya Mahatma Qandi bilsəydi ki…

Bu günlərdə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı keçmiş səfiri Arif Məmmədovun diplomatik korpusda olduğu zamanlardakı qaranlıq əməlləri ilə bağlı ifşası, həmin ifşadan doğan bir sıra faktlar ictimaiyyətə açıqlanıb. Bilməyənlər üçün qeyd edək ki, sabiq səfir Avropada vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, başını ölkənin maraqlarına deyil, pul qazanmağa, varlanmağa qatıb. İndi isə, yəni tam ifşa olunduqdan sonra quyruğunun qapı arasında qalacağından qorxaraq, sayəsində yüksəldiyi dövlət maraqlarını tapdamağa cəhdlər göstərir.

Belə ki, avqustun 10-da adıçəkilən fərd "Azərbaycan xalqına müraciət" adı altında ölkədəki sabitliyi pozmağa cəhd edən addım atmağa çalışıb. Daha dəqiq desək, xarici dairələrdən ona verilmiş təlimatlar əsasında çirkin niyyətini reallaşdırmaq istəyən Arif Məmmədov hətta həmin əməlini reallaşdırmaqdan ötrü vaxt da təyin edib. O, insanları avqustun 15-də Şəhidlər Xiyabanından Park Bulvara "Ağ marş" (?-R.N.) adı altında "demokratiya yürüşü" etməyə çağırıb.

Bu ssenarinin bir neçə il öncə Ukraynadakı "narıncı inqilab", ya da Gürcüstandakı "qızlılgül inqilabı" çərçivəsində yazıldığını bəri başdan müəyyən etmək olar

Beləliklə, məhz Qərbdəki ermənipərəst ağalarından aldığı sifarişini yerinə yetirmək üçün o, "aksiyanın" planını da cızıb və bildirib ki, aksiyaya gələnlər ağ köynək geyinməli və əllərində də ağ qərənfillər tutmalıdırlar. Həmçinin, bu ssenarinin bir neçə il öncə Ukraynadakı "narıncı inqilab", ya da Gürcüstandakı "qızlılgül inqilabı" çərçivəsində yazıldığını bəri başdan müəyyən etmək olar. Sadəcə, burada narıncı və qırmızı rənglər ağ rəngə dəyişdirilib ki, rəng dəyişikliyi qaranlıq məqsəd dəyişikliyini heç bir vəchlə gozlətməyib. Yəni məqsəd eynidir – qarmaqarışıqlıq salmaq, ölkədəki sabitliyi pozmaq və müəyyən xarici siyasi dairələrin çirkin maraqlarını icra etmək. Lakin Arif Məmmədov və onu qarmaqlarına keçirmiş ermənipərəst siyasilər də yaxşı bilirlər ki, Azərbaycanda mövcud olan sabitliyi pozmaq onlara müyəssər olmayacaq. Çünki xalqın böyük kəsimi artıq belə nağıllara qətiyyən inanmadığını dəfələrlə sübuta yetirib. Xalq öz dövlətinə arxalandığı kimi, dövlət də xalqı bu cür çirkin oyunlardan qoruyur və sığortalayır. Bütün bunlar isə öz yerində…

"Ağ Blok" adlı təşkilat yaradan Tural Abbaslı keçmiş səfirin "Ağ marş" "ideyasına" qarşı sərt ittihamla çıxış edib

Bu arada "Ağ marş" sssenarisini həyata keçirməyə çağırışlar edən Arif Məmmədovun bu addımına qarşı çıxan ilk tərəf məhz müxalifət arenasından gəlib. Daha dəqiq desək, Müsavat partiyasının təmsilçisi, partiyanın sabiq divan üzvü, hazırda partiya rəhbərliyinə qarşı da müxaliflik edərək "Ağ Blok" adlı təşkilat yaradan Tural Abbaslı keçmiş səfirin "ideyasına" qarşı sərt ittihamla çıxış edib. Xatırladaq ki, bu blok payızda keçiriləcək seçkilərlə bağlı yaradılıb və özündə bir neçə müxlaifət partiyalarının təmsilçilərini birləşdirib. Blokun təsisçisi Tural "Ağ marş" adlı "ideyanın" adının "Ağ Blok" adından oğurlandığını iddia edib. Beləliklə, Abbaslı mətbuata verdiyi açıqlamasında bu faktı dolayısı yolla təsdiq etməklə yanaşı, eyni zamanda keçmiş səfirin ünvanına isə sərt və kəskin fikirlər səsləndirib. O, ağ rəngin "Ağ Blok"a məxsus olduğunu deyərək, bu rəngi özlərinə brend seçdiklərini deyib. Bu baxımdan, Arif Məmmədov xarici dairələrdən aldığı təlimata əsasən, "Ağ marş" "ideyasının" təmsilçisi onu da bildirmişdi ki, ağ rəng onların brendidir, keçmiş səfir "Ağ marş" ideyasını irəli sürərkən onlarla məsləhətləşməli idi. Onun bu addıma getməməsi isə belə deməyə əsas verir ki, əsas məqsəd "yeni müxalifətçilik" adı altında digər müxalifət qurumlarını özünə tabe etməkdir. Bunu təsdiq edən daha bir amil də var.

Məsələn, Arif Məmmədov müxalifətyönlü mətbuata açıqlamasında deyib ki, o, "Ağ marş"ın "ideyasına" "Ağ Blok"un nümayəndələrini də dəvət edir. Bu isə məqsədin nədən ibarət olduğunu kifayət qədər bəlli etməkdədir. Beləliklə, siyasəti qaraya bürünmüşlər indi də "Ağ" rəng uğrunda müəlliflik hüquqlarının məhz özlərinə aid olduqlarını göstərəməyə

çalışırlar.

Arif Məmmədovun isə öz səviyyəsizliyini Mahatma Qandi adı ilə eyniləşdirməsi həqiqətən də ikrahdoğucu və ürəkbulandırıcı bir haldır

Düzdür, dövlət maraqlarına xəyanət edən sabiq səfir daha sonra deyib ki, "Ağ marş"ın müəlliflik hüququ, dahi tarixi şəxsiyyət Mahatma Qandiyə aiddir və o, sağ olsaydı, hətta onu dəstəkləyərdi də (??!!-R.N.).

Lakin məsələyə reallıqdan yanaşanda görərik ki, tarixi şəxsiyyət Mahatma Qandi öz ölkəsinin maraqları uğrunda mübarizə aparıb və ingilis müstəmləkəçilərinə, kolonistlərinə qarşı mübarizə apararaq, Hindistan xalqına müstəqillik bəxş etmiş dahi şəxsiyyətdir. Arif Məmmədovun isə öz səviyyəsizliyini Mahatma Qandi adı ilə eyniləşdirməsi, həqiqətən də ikrahdoğucu və ürəkbulandırıcı bir haldır.

Məsələn, Arif Məmmədov birbaşa "beşinci kolon" faktorunun iyunçusudur və bu oyun Azərbaycana qarşı yönəlmiş bir təxribatdır. Məgər Mahatma Qandi öz ölkəsinin müstəqilliyini xarici maraqlaramı satıb? Bu baxımdan, əgər Hindistanın dahi oğlu Arif Məmmədovun iddia etdiyi kimi sağ olsaydı, onu müdafiə etməz və dəstəkləməzdi, əksinə, onu rədd edərdi.

Onun qorxaqlığı, xəyanətkarlığı və tülkülüyü elə avqustun 15-dəcə sübuta yetiriləcək

Daha bir amilə diqqət yetirək. Dünənə qədər səsi-küyü gəlməyən, başı varlanmağa, dövlətin pullarını mənimsəməyə qarışan Arif Məmmədov indi də "Ağ marş" adı altında erməni lobbisinə işləyən, Azərbaycana ermənidən də betər şəkildə nifrət edən Leyla Yunusu, ondan heç də geridə qalmayan Xədicə İsmayılı dəstəkləməkdən ötrü indi dəridən-qabıqdan çıxır. Maraqlıdr, hansı məqsədlə? Bir də ki, Arif Məmmədov unudub ki, onun barəsində İnterpola axtarış müraciəti edilib və hazırda həbs olunması gözlənilir. Əgər o özünü, həqiqətən də Mahatma Qandi kimi qorxmaz, cəsur bir şəxs kimi görürsə, bu zaman buyursun gəlsin Bakıya və "Ağ marş"ını keçirsin. Hər halda onun qorxaqlığı, xəyanətkarlığı və tülkülüyü elə avqustun 15-dəcə sübuta yetiriləcək. Buna hər kəs əmin ola bilər.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər