"Biz də seçkilərə ən ideal formada hazırlaşırıq". Bu sözləri SİA-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu seçkilərə hazırlıq prosesi ilə bağlı danışarkən deyib.ADP sədri bildirib ki, cəmiyyət özü seçkilərə hansı səviyyədə hazırlaşırsa, biz də o səviyyədə seçkilərə hazırlaşırıq: "Seçkilərin keçirilməsi dövlətin işidir. Bu baxımdan dövlət bizə yaratdığı şərait daxilində seçkilərə hazırlıq prosesini aparırıq".O, seçkilərdə blok şəklində iştirak etməklə bağlı danışarkən bildirib ki, hələ bu haqda qəti qərar yoxdur: "Seçkilərdə blok şəklində iştirak etməyi düşünürük. Blok şəklində müəyyən mənada bəzi qaydalar çərçivəsində iştirak etməliyik. Təbii ki, hələ blok yaradılması ilə bağlı qəti qərar yoxdur. Əgər seçkilərdə blok şəklində iştirak etsək 35-40 nəfər namizədlə çıxış etməyi düşünürük. Yox, əgər tək iştirak etsək çalışacağıq ki, seçkilərdə ekonom şəkildə mübarizə aparaq".Millət vəkili bildirib ki, əgər blok şəklində iştirak baş tutsa əsas tərəfdaşın Ümid Partiyası olması gözlənilir: "Biz Ümid Partiyası ilə blok şəklində iştirak etməyi üstün tuturuq. Əgər Ümid Partiyası ilə blok şəklində çıxış etmək mümkün olmasa o zaman başqa partiyalarla iştirak etməyi nəzərdə tutmuşuq".
sia.az