PDF Oxu

Müxalifət

  • 2 148

Tahir Kərimli: “Bu rüsvayçılığın əsas səbəbkarı Əli Kərimlidir”

Tahir Kərimli: “Bu rüsvayçılığın əsas səbəbkarı Əli Kərimlidir”

"AXCP sədrinin əmisi oğlunun terrorçu qruplaşmanı ölkəmizə dəvət etməsi, vandalizmə dəstək verməsi bütün azərbaycanlılar tərəfindən qınanmalıdır. Ən birinci qınanan isə Əli Kərimli olmalıdır. Çünki onun əmisi oğlu İnqilab Kərimov ən yaxın adamıdır, onu Əli Kərimli yetişdirib. Bu rüsvayçılığın da əsas səbəbkarı da elə Əli Kərimli özüdür". Bu fikirləri SİA-ya açıqlamasında "Vəhdət" partiyasının sədri Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, Qərbin xüsusi xidmət orqanları tərəfindən yaradılaraq müsəlmanlara qənim kəsilən bir terrorçu təşkilata dəstək vermək terrorçu olmaq deməkdir: "Mən hazırda Bakıda deyiləm. Bakıya qayıdan kimi partiyamızın adından bəyanat verib Əli Kərimlinin bu millətə qarşı apardığı növbəti iyrənc siyasəti bir daha qınayacam. Mən insanlarımızı bu məsələdə təpki göstərməyə, bu cür anti-milli ünsürlərə qarşı mübarizə aparmğa çağırıram. Düşmənlərimizi ölkəmizə dəvət edənlər elə ən böyük düşmənlərimizdir".

sia.az

Digər xəbərlər