PDF Oxu

Müxalifət

  • 1 037

Təhmasib Novruzov: "AXCP terrorçu təşkilarla əməkdaşlığa can atır"

Təhmasib Novruzov: "AXCP terrorçu təşkilarla əməkdaşlığa can atır"

Məlum olduğu kimi, AXCP sədri Əli Kərimlinin Fransada yaşayan əmisi oğlu İnqilab Kərimov "İŞİD" terrorçu təşkilatını Azərbaycana çağırıb. Bu fakt birbaşa Əli Kərimlinin istəyi ola bilərmi və Əli Kərimlinin yaxınlarının terrorçu təşkilatlarla əməkdaşlıq əlaqələri nədən xəbər verir?

Sualı cavablandıran "Azadlıq" Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, AXCP sədri Əli Kərimli üçün Azərbaycanın gələcəyi heç bir əhəmiyyət kesb etmir: "Sadəcə olaraq, Əli Kərimli üçün bir şey lazımdır: O da budur ki, o, hansı yolla olursa-olsun hakimiyyətə gəlsin. Bu məqsədlə o, hər üsula əl atmağa hazırdı. Əgər Əli Kərimlini yaxın buraxsalar o, hətta öz maraqları üçün "ASALA" erməni terror təşkilatından da istifadə edər. Bir sözlə, bu adam o dərəcədə mənfur bir məxluqdur. Bu baxımdan da, onun əmisi oğlunun "İŞİD"-lə əlaqələrinin üzə çıxması və "İŞİD"-i Azərbaycana dəvət etmə məsələsi gözlənilən hal idi. Çünki bu cür şəxslərdən bu kimi addımların atılmasını hər an gözləmək olar. Lakin Əli Kərimlinin hakimiyyətə gəlmək kimi istəkləri heç vaxt reallaşa bilməz. Çünki bu şəxslərin öz partiyalarında nə isə bir yenilik etmək gücünə malik deyillər. Qaldı ki, hakimiyyətə gəlmək kimi istəklərini reallaşdıra bilsinlər. Ümumiyyətlə, bu gün hər kəs Əli Kərimlinin necə bir şəxs olduğunu çox gözəl bilirlər".

T.Novruzov onu da bildirdi ki, uzun illərdir ki, müxalifət partiyaları ölkədə fəaliyyət göstərirlər: "Ancaq fəaliyyət göstərdikləri bu illər ərzində nəyə isə nail olmaları mümkün olmayıb. Bundan sonra da nəyə isə nail ola biləcəkləri inandırıcı deyil. Birmənalı şəkildə müxalifət partiya liderlərinin uğursuzluğa düçar olmalarının əsas səbəbi sosial bazalarının olmaması ilə bağlıdır. Müxalifət düşərgəsində fəaliyyət göstərən partiya liderləri tərəfindən müxalifətçilik fəlsəfəsinin əsası düzgün qoyulmayıb. Bu partiya sədrləri gecə-gündüz çalışırlar ki, düşdükləri bu çıxılmaz vəziyyətdən çıxsınlar. Amma çıxmaları mümkün olan məsələ deyil. Çünki batan gəmini xilas etmək mümkün olmadığı kimi, siyasi intihara məhkum edilən müxalifətin də bataqlıqdan qurtulması mümkünsüzdür".

GÜLYANƏ

Digər xəbərlər