PDF Oxu

Müxalifət

  • 826

Mətbuatın reketləri

Mətbuatın reketləri

Köşə

Vay o günə ki, hansısa məsələ ilə bağlı bir məmurun qəbuluna gedəsən. Məmurun qapısına yaxınlaşanda 4-5 nəfərin bu qapını necə qucaqladığının, bu qapıya ana nəvazişi ilə yanaşdığının şahidi olursan. Təhdid, yalvarış, xəcalət dolu baxışlar qapıya zillənir... Əvvəlcə kim olduqlarını bilmirsən, sonra elə məmurun özü min cür "təriflə" sənə deyir ki, bunlar reket jurnalistlərdir. Maşallah, p-dan tutmuş t-a qədər kifayət sayda "azlar" var. Bir sözlə, "xəbər" saytlarının sayı o qədər artıb ki, biz artıq zırt.az, mırt.az, pırt.az deyə onlara müracitə edə bilərik. Guya kişilər xəbər istehsal edirlər. Məmura zəng edib təhdid edərək onu aylıq 50-100 manatlıq "tasa" oturtmağın priyomlarını reket jurnalislərimizdən başqa heç kim bu qədər dəqiq bilməz.

Dünən saytlardan birində millət vəkillərindən biri haqda yazı oxudum. Necə deyərlər, deputatı ağ yuyub-qara səriblər, guya deputat son beş ildə böyük biznesə sahib olaraq milyardlar qazanıb. Nə isə, bu yazının nə qədər qeyri-peşəkar, naşı və qərəzli formada yazıldığının şahidi oldum. Sadəcə mənə təəccüblü gələn odur ki, bu deputatdan hər ay pul dilənən həmin saytın baş redaktoru niyə bu addımı atıb? Bəlkə bu dəfə pul verməyib ona? Mən həmin baş redaktora təklif edirəm ki, tez-tez zəng eləsin deputata. Gec-tez telefonu açacaq, bəlkə xaricdədir, vacib işi var. Telefona bir saat gec cavab yazan kimi illərdir "müəllim" deyib yalvardığın adamdan yazmaq bu qədərmi asandır? Elə saytının adının başlığından "AZ"ı da çıxartmağın pis olmaz.

Hər kəs gec-tez öz cəzasını alacaq. Reket jurnalistlərin ucbatından o qədər ailələr dağılıb ki... Məsələn, bu yaxınlarda icra başçılarından birinin qadın müavini haqda iftira dolu yazı qoymuşdular. Bu qadının ailəsi dağıldı. Başçının müavininə SMS-lə tələb etdikləri pulun məbləğini də göndəriblər. Pul verilmədiyinə görə bu qadın haqqında ən iyrənc fikirləri yazıb özlərinin üz görüntüsündən axmaqlıq yağan saytlarında yerləşdirdilər. Həqiqətmi bu qədər asandır bunu eləmək? Sizin arvadınız yoxdurmu? Bu "milli qarpızlar" elə başa düşür ki, əgər qadın işləyirsə, deməli, pozğundur. Bu feodal təfəkkürdən çıxa bilməyənlərin arvadlarına yüksək vəzifə təklif olunsa, görəsən arvadlarına icazə verərlərmi? Əlbəttə, özü də həyəcanla... 50-100 manatdan ötrü şərəfinə tüpürən, vicdanını ayaqlar altına atan nəinki vəzifəyə hətta sabah məcbur olsa "milli masaj" salonlarımıza da göndərərlər. Onlar üçün pul əsas məsələdir.

Bu yaxınlarda bir reket jurnalist həbs edildi. Həbs olunan günü onu ifşa edən ilk yazını, ailəvi dostu olan başqa bir jurnalist öz saytına yerləşdirdi və həbs edilən dostunun arvadı, qaynanası haqqında hədyanlar yağdırdı. Halbuki iki gün əvvəl evində çörək yeyirdi. Qısası, şəxsi məsələləri sayta çıxarıb pul qazanan bu admaların aylıq gəliri 5-10 min manat arasında dəyişir. Eləsi var ki, konkret siyasi mövqe tutub və hər ay hər rayondan ünvanına 200-300 manat pul gəlir. Özü də şellənir, ayda bir dəfə pulunu yığır.

Ardı gələn dəfəyə qalsın. Ali təhsili olmayan, cümlə qurmağı bacarmayan, CƏLİLABADI, "cəllabad" yazan, məktəb və bağça müdirlərinə qənim kəsilən baş redaktorların adlarını da qeyd edəcəm.

Samir

Digər xəbərlər