Müxalifət

  • 4 681

Riçard Kozlariç haqqında gerçək faktlar

image

Və ya ABŞ siyasətinin üz qarası

Son günlər Qərbin, eləcə də ABŞ-ın bir sıra dairələri Azərbaycana qarşı sanksiyalar tədbiq etmək planları, qeyri-ciddi və heç bir arqumentlərə əsaslanmayan hesabatlar, bəyanatlar yaymaqdadırlar. Yeri gəlmişkən, bu missiyası üzərinə götürənlərdən biri də ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlarçidir. Ümumiyyətlə, öz maraqları müstəvisində fəaliyyət göstərən bu dırnaqarası siyasətçi ilk dəfə deyil ki, ölkəmizə qarşı anti-simpatik baxışlarını tərənnüm edir. Məsələn, xatırlatmaq yerinə düşərdi ki, hələ 2013-cü ilin prezident seçkiləri ərəfəsində ABŞ və Aİ-nin Avropa ölkələrində dörd keçmiş səfiri "Nyu-York Times"da dərc etdirdikləri məqalədə Qərbi Cənubi Qafqazda və xüsusən Azərbaycanda "azadlıqdan imtina olunanlar"ın adından danışmağa çağırış etmişdilər. Belə ki, ABŞ-ın keçmiş dövlət katibinin köməkçisinin müavini və Bakıda keçmiş səfiri (1994-1997) Riçard Kozlariç, ABŞ-ın Gürcüstanda keçmiş səfirləri Uilyam Kortni və Kennet Yalovits, habelə Avropa Komissiyasının Gürcüstanda keçmiş səfiri Denis Korboy Qərbin "islahatlar və azadlıq uğrunda çıxış edənlərin inamını qoruyub saxlamalı olduğu haqqında" qərəzli fikirlər bildirərək, müstəqillik və demokratiya yolunu tutan, qətiyyətli, heç kimdən asılı olmayan siyasət yürüdən Azərbaycanı az qala Afrikanın ən geridəqalmış ölkələri ilə müqayisə etməyə cəhdlər göstərmişdilər. Halbuki təkcə Riçadr Kozlarişin keçmişinə nəzər salsaq, onun heç də "aydan arı, sudan duru" şəxs olmadığını görmüş olarıq. Faktlara müraciət edək...

Fakt № 1: Kozlarçin alkaşlıq siyasəti davam edir

Həmin faktlardan biri onun məhz 1994-1997-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olduğu zamanlara təsadüf edir. Sirr deyil ki, Riçard Kozlariç içki düşkünü və alkoqolikdir. Onun qanındakı yüksək dərəcədə alkoqolu saxlaya bilməməsi səbəbindən bu diplomatın qəbulu tərk edib, qəbullarda yalnız səfirlik əməkdaşlarının yardımı ilə müvazinətini güclə saxladığı vaxtlar olub.

Fakt № 2: Kozlariç siyasətini "dini cərəyanlar" vasitəsilə yürütməklə məşğul olub

Yəqin ki, bu gün Avropa ölkələrində süngü ilə qarşılanan dini cərəyanların Azərbaycanda fəaliyyətini təşviq etməyə çalışması da onun yadından çıxmış deyil. Riçard Kozlariçin Azərbaycanda səfir olduğu dövrdə mümkün və qeyri-mümkün səviyyələrdə müxtəlif qeyri-ənənəvi dini cərəyanların maraqlarını nə üçün müdafiə etməsi bu günə qədər də məlum deyil.

Daha bir məqam: Riçard Kozlariçin maraqlarını müdafiə etdiyi qeyri-ənənəvi xristian dini sektalardan birinin rəhbəri Silvio Matti adlı bir şəxs olub. "Həyatverici Lütf" (Bu sekta Qərbin bir çox ölkələrində qadağan olunub) təşkilatının rəhbəri olan Finlandiya vətəndaşı Silvio Matti hələ 1980-ci illərdə SSRİ-dən çıxarılıb. SSRİ-də islahatların qızğın vaxtında və partiya rəhbərliyinin yeni ideologiya formalaşdırmağa çalışdığı, Qərblə münasibətlərin istiləşdirilməyə səy göstərildiyi bir dövrdə casusluq ittihamı ilə tez-tez rastlaşılmırdı...

1990-cı illərində ortalarında isə həmin Silvio Matti artıq həmin təşkilatın təmsilçisi qismində müstəqil Azərbaycana gəlir və Riçard Kozlariçin himayədarlığından istifadə edir.

Qeyd: Silvio Mattinin Finlyandiya vətəndaşı olması ilə Helsinki asambleyasının ABŞ Konqresinə anti-Azərbaycan xarakterli layihə təqdim etməsi arasında bənzərliyin olması sizi təəccübləndirmirmi dəyərli oxucular..?

Fakt № 3: O, burnunu lazım olmayan yerlərə dürtüşdürən və amerikalıların özləri tərəfindən də tənqid edilən amerikalıdır

Hazırda Kozlariç iddia edir ki, onun regionda demokratiya istəyən tərəflərlə peşəkar və şəxsi maraqları ortaqdır (?!-R.R.). Guya ölkədə insan haqlarının pozulduğunu iddia edən eks-səfir bir az da irəliyə gedərək siyasi həyasızlığını aşkar şəkildə büruzə edir. Məsələn, daha öncəki sərsəm bəyanatlarının birində o demişdi. Sitat: "Azərbaycana gəlincə, mən azərbaycanlıların insan hüquqlarından məhrum olmasına, onların və ailələrinin fikri ifadəyə görə təqiblərə məruz qalmasına qəzəblənirəm. Hakimiyyətin davranışı yolverilməzdir və Qərb bu vəziyyətə diqqəti gücləndirməlidir".

Faktlardan biri və birincisi budur ki, Kozlariçi danışdıran puldur. Yəni bu aksiomadır. Əbəs yerə deyil ki, Kozlariç Azərbaycanın rəhbər strukturları, eləcə də dövlət başçısı haqqında sözün həqiqi mənasında başından böyük sözlər danışır. Lakin gəlin görək, Kozlariç daha kimdir və onun belə tipli bəyanatlar verməyi hansı əsasa söykənib?

Yuxarıda da qeyd etdiyimiz kimi, Riçard Kozlariç Azərbaycanda səfir işləyib. Təsadüfi hesab etmək olmaz ki, məhz onun səfir işlədiyi dövrlərdə Azərbaycanda siyasi məhbus olanlar hansılar ki, "vətən xainləri", ölkənin ərazi bütövlüyünə qarşı çıxanlar, Əlikram Hümbətov kimi adamlar, terrorlar törədərək ermənilərin terror təşkilatlarına xidmət edənlər həbs edilmişdilər. Bu sıralamada Xədicə İsmayılın, Azərbaycan dövlətinin humanizm prinsiplərinə sadiq qalaraq azadlığa buraxdığı Leyla və Arif Yunusların və hazırda həbsdə olan digərlərinin adlarını göstərmək olar.

Eyni zamanda, qeyd etmək mümkündür ki, Kozlariç vaxtilə Azərbaycanda bizneslə məşğul olmaq istəsə də bu, alınmayıb. Məhz həmin dövrlərdən başlayaraq, o, Azərbaycan hakimiyyətinə qarşı qarayaxma kampaniyalarında iştirak edib. Beləliklə, qeyd etmək mümkündür ki, bu gün Kozlariçin sözlərinin heç bir əhəmiyyəti yoxdur. O, burnunu lazım olmayan yerlərə dürtüşdürən və amerikalıların özləri tərəfindən də tənqid edilən amerikalıdır.

Fakt № 4: Arqument qıtlığının acı nəticəsi

Həmçinin, maraqlıdır ki, Azərbaycanı qərəzli qaydada tənqid etmək məqsədini qarşıya qoyduğu yazıda arqument qıtlığı çəkən Kozlariç dağıdıcı müxalifət mətbuatında əksini tapan iftiralarla Azərbaycanda siyasi azadlıqların, insan hüquqlarının pozulduğunu, "siyasi məhbusların" olduğunu iddia edir. Digər tərəfdən, keçmiş səfirin qondarma ittihamları çərçivəsində Azərbaycanda "siyasi çevriliş" ehtimalının ifadə olunması reallıqdan çox qərəzli müəllifin ürəyindəki fikirləri ifşa edir. Azərbaycanı tanıyan hər kəsə bəllidir ki, dünyada gedən neft qiymətinin ucuczlaşması fonunda hətta bir sıra inkişaf etmiş dövlətlərlə müqayisədə ölkəmizdə sosial-siyasi mühit daha sabitdir. Azərbaycan barəsində məlumatlı olduğunu söyləyən birisinin ölkəmizdəki vəziyyəti qeyri-obyektiv qiymətləndirməsi qərəzli niyyətlərdən irəli gəlir.

Göründüyü kimi, Kozlariçin qərəzi belə bir həssas dönəmlərdə Azərbaycana qarşı ölkədən kənarda aparılan, ölkənin imicinə zərbə vurmağa və ictimai rəyi çaşdırmağa yönələn böhtan xarakteri daşıyır. Belə bir insanın ölkə ilə bağlı "tövsiyə" və "məsləhətlərinin" xoşməramlılığı və səmimiliyi də şübhə doğurur. Elə isə Kozlariçin rusların ifadəsi ilə desək "kozyol" tipli düşüncələri ölkə ictimaiyyəti üçün sadəcə boş hava təsirindən başqa heç nə deyil. Deyəsən, sanksiya layihəsini elə onun özü və onu dəstəkləyənlər yeməli olacaqlar. Çünki ortada heç bir arqument yoxdur. Bu, sadəcə, arqumentsizliyin acı nəticələridir.

Rövşən RƏSULOV

Digər xəbərlər