KÖŞƏ YAZISI
Hələ 2013-cü il öncəsi ənənəvi müxalifət o zamanlar yenicə peyda olan ada sitayiş etməyə başlamışdı. Mini-aksiyalarda şəklini bütləşdirən dağıdıcı, hətta imkan verilsəydi, onu Allah günahımdan keçsin "böyük adam" belə adlandırardılar. Yəqin ki, oxucular söhbətin kimdən getdiyini billdilər. Bu fərd "Milli Şura"nın sədri Cəmil Həsənlidir. Lakin nə oldu? Maraqlısı isə budur ki, bunu elə C.Həsənli özü öz əməlləri və yersiz, uğursuz seçki təbliğat-təşviqat kampaniyası ilə etmiş oldu. Hər dəfə debatlara qatılan Cəmil Həsənli çıxışdan-çıxışa daha da hörmətdən düşərək, əslində ziyalı adına yaraşmayan fikirlər səsləndirib, populist çıxışlar edirdi. Onun "uca millət" kimi artistlikdən doğan ifadələri isə, ümumiyyətlə ət tökürdü! Bu adam illər keçsə də, yenə də özünü "lider" hiss edir təəssüf ki. Görünür, dəlixanalardakı dəlilərdən bu qoca, lazımsız professorun fərqi-zadı da qalmayıb.
Ümumiyyətlə, daha öncələr də göttürdükdə biz bir daha şahidi oluruq ki, C.Həsənli müxalifət üçün uğursuz bir seçimdir. Hələ Rüstəm İbrahimbəyovu özlərinə "vahid namizəd" seçəndə biz birliyin, yanlış yolda olduğunu dəfələrlə yazmışdıq. Əgər İbrahimbəyov kimi zəif, siyasətdən anlayışı olmayan, hərdəmxəyal bir şəxsi özlərinə lider seçdilərsə, onun namizədliyi alınmayanda yeni bir namizədin ondan da uğursuz olacağını gözləmək olardı. Bəli, bu, belə də oldu. İbrahimbəyov zəif bir namizəd idisə, Həsənli ondan da zəif biri oldu. Artıq iki il keçməsinə baxmayaraq, biz Cəmil Həsənlinin bu sifətini daha aşkar görməyə başlamışıq. Bu gün C.Həsənlinin ətrafı da ona çox yəqin ki, məzəmmət edib deyirlər ki, ay Cəmil, axı bu sənə lazımıydımı ki, getdin düşdün Ə.Kərimli kimi bir dələduzun toruna? Axı sən yaşlı adamsan, özünü professor sayırsan. Amma indi səni professor sayanlar da yoxa çıxıb!
Yadıma 2013-cü ilin seçki ərəfəsindən bir epizod düşür. Həmin vaxt uzun illər müxlaifətdə olmuş bir qonşum mənə demişdi: "Bəlkə də o ziyalı kimi çıxışlarını edib, hörmət qazana bilərdi. C.Həsənlinin çıxışlarına baxanda mən seçici olaraq heç vaxt ona səs vermərəm. Çünki birinci növbədə mən özüm-özümə hörmət edirəm. Digər tərəfdən hesab edirəm ki, C.Həsənlinin arxasında duran bu komandanın toplaşdığı "Milli Şura"nın özü uğursuz bir layihədir".
Məsələn, bu düşərgədə yaşanan hər bir uğursuzluğun başında intriqalar, yersiz iddialar və şəxsi ambisiyaların önə çəkilməsi durur. "Milli Şura" da tələm-tələsik yaradılmışdı. Bu səhv addım onu göstərdi ki, nəticədə AXCP və "Milli Şura"nın tərkibindən çoxsaylı insanlar istefalara getdilər. Artıq sübuta yetirilib ki, bir-birini qəbul etməyən təşkilatklar heç vaxt birləşə bilməzlər. Xüsusən də söhbət prezident və parlament seçkiləri kimi məsuliyyətli və ağır bir yükün altına girməkdən gedirsə, bu, mümkün deyil. Ona görə də "Milli Şura" adlanan qurumun əvvəldən heç biri uğuru real görünmürdü, nəinki Cəmil Həsənlinin hansısa perspektiv vəd etməsi ola. Bu gün C.Həsənlinin səsi gəlmir. Artıq o, yavaş-yavaş zibil qutusuna atılır. Onu zibil qutusuna atan isə, təbii ki, Əli Kərimlidir. Məgər bu aşkar şəkildə görünmür ki?
RƏFİQƏ