...ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-1B Lancer strateji bombardmançı təyyarəsi 9 mayda Yaxın Şərq üzərindən uçub. SİA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media platforması X-də bildirib.
Uçuşun təlim missiyası zamanı həyata keçirildiyi qeyd edilib. Bəyanatda bombardmançının harada uçduğu barədə ətraflı məlumat verilməyib.
Həmçinin, 2 mayda ABŞ-ın AGM-183A ARRW (Havadan Atəş Verilən Sürətli Cavab Silahı) hipersəs uzunmənzilli aeroballistik raketi ilə silahlanmış B-1B Lancer bombardmançı təyyarəsinin sınaq uçuşu keçirdiyi bildirilib.
...The War Zone-a görə, B-1B bombardmançı təyyarəsi altı hipersəs raket daşıya bilir.
AGM-183A ARRW raketi isə öz növbəsində 1600 km (1000 mil) məsafəni qət edə bilir və 5 Mach-dan çox sürətə çata bilir.
Əli Babayev
Rusiya təxribatlar hazırlaya bilər...
Stalin həqiqətən Rusiyada bu qədər sevilirmi?
Modi Trampla birbaşa qarşıdurmadan qaçır...
Putin özünü və Rusiyanı tarixi çıxılmaz vəziyyətə salıb...
Əgər Ukrayna qışa tab gətirsə...