PDF Oxu

Müxalifət

  • 1 972

Əli Kərimlinin cəmiyyət içinə cıxması təəccüb doğurur

image

Daxili qarşıdurmalardan qurtula bilməyən müxalifət partiyaları bunun acı nəticəsini kütləvi qopmalarda və istefalada özünü göstərməkdədir. Faktlara istinadən demək olar ki. yalnız bir neçə ay ərzində müxalifət düşərgəsindən 1000-1200 nəfər istefa verib və ya hasısa siyasi partiyaya transfer edib. Bununla yanaşı, partiyalardan istefa verməkdənsə, uzun illər təmsil olunduqları partiyalara sahiblik etmək iddiasında olan müxalifətçilər də meydana gəlir. İlk baxışda bu qərarı radikal müxalifətin "müstəqil seçimi" kimi, qiymətləndirmək olar. Lakin məsələnin kökündə başqa problem var. Həmin problem ki, uzun illərdir müxalifətin məğlubiyyət acısı yaşaması və bundan bəzi müxalifət funksionerlərinin ciddi narahat olmasıdır. Məhz buna görə də, AXCP-dən istefa verərək, alternativ AXCP yaradıb Əli Kərimli ilə möhür davası aparan Razi Nurullayevin məhkəməyə müraciət etməsini misal olaraq göstərmək olar. Eləcə də, 2015-ci il sentyabrın 27-də keçirilən qurultayın nəticələrindən narazı qaldıqlarınadan istefa verərək, "ADR" adlı qrum yaradıb Müsavata sahiblik davası aparanlarıda iddialı tərəflər kimi qeyd etmək olar. Qısası möhür və ştamp davası bəzi partiayaların dövlət qeydiyyatı ilə bağlı müəyyən ziddiyyətlər üzə çıxarır. Amma qanunda müəyyən qədər boşluq olduğundan Razi Nurullayevin və Qubad İbadoğlunun iddialarının reallaşmasına problemlər yaradır. Digər tərəfdən, istər Əli Kərimlinin, istərsə də Arif Hacılının rəhbərlik etdikləri partiyaların formalaşan strukturları tam şəkildə buraxıldığını elan etməyib. Amma hazırki, mərhələdə Milli Məclisdə bu yöndə aparılan müzakirələr qanunda mövcud olan boşluğun aradan qaldırılacağına ümidlər yaradır.

Fəaliyətsiz partiayaların fəaliyytəinin dayandırılması üçün hüquqi baza yaradılır

Məlum faktdır ki, müxalifət heç bir seçkiyə vahid güc formasında qatıla bilməyib. Yaradılan blok və birliklərdə sonradan baş qaldıran hərcmərclik, İqbal Ağazadə, Sərdar Cəlaloğlu, Əli Kərimli, İsa Qəmbər kimi ənənəvi müxalifət liderlərinin şəxsi ambisiyaları və s. kimi amillər dağıdıcı müxalifətin seçkilərə vahid birlik formasında getməsinə mane olub. Ümumiyyətlə, dünya praktikasında müxalifətin seçkilərə birlik formasında getməsi anlayışı yoxdur. Sadəcə, bu ənənə Azərbaycan müxalifətində mövcuddur. Bu da müxalifətin təkbaşına mübarizədə öz gücünə inamsızlığı ilə bağlıdır. 1998-ci il prezident, 2000-ci il parlament seçkilərin AXCP-nin mərhum sədri Əbülfəz Elçibəyin rərbərliyi ilə seçkiyə qatılmaq cəhdləri olmuşdur. Buna qismən də olsa yaxın olsalar da, daxili çəkişmələr onlara uğur qazanmağa imkan verməmişdir. Əbülfəz Elçibəyin vəfatından sonra bu anlayış tamamilə aradan qaldırıldı. Bundan sonra "müxalifətin yeganə lideri postu" uğrunda Əli Kərimli və İsa Qəmbər arasında "soyuq savaş" başladı. Bu gün də, mövqe savaşı davam edir. Ümumiyyətlə, Elçibəyin vəfatından bu yana radikal müxalifəti təşkil edən Müsavat, AXCP, ADP, KXCP kimi partiyaların liderləri hakimiyyətə gəlmək uğrunda deyil, müxalifətdəki mövqelərini aydınlaşdırmaq üçün mübarizə aparıblar. Beləliklə, müxalifəti daxilindən parçalayan radikallar öz tərəfdarlarını da sürətlə itirdilər. Bu isə yuxarıda qeyd etdiyimiz kimi, keçmiş partiya təmsilçilərini narahat edir və hüquq müstəvisində itirdikləri mövqelərini geri qaytarmağa çalışırlar.

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzovun "Azərbaycanda aktiv siyasi fəaliyyətdən kənarda qalan, seçkilərə qatılmayan partiyaların qeydiyyatı ləğv olunacaq" fikri iddialarını və tələblərini reallaşdırmaq arzusunda olan müxaliflərə ümidlər verib. Siyavuş Novruzovun sözlərinə görə, hazırda bununla bağlı qanun layihəsi hazırlanır: "İctimai Birliklər və Dini Qurumlar Komitəsində bununla bağlı qanun layihəsi hazırlanır. Çox güman ki, Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Dünyanın bir çox ölkəsində seçkidə iştirak etməyən partiyalar, ümumiyyətlə, fəaliyyət göstərməyən partiyaların qeydiyyatı ləğv edilir. Avropa İttifaqına, Avropa Şurasına daxil olan ölkələrdə belə hallar var, mövcuddur". Nəzərə çatdıraq ki, Azərbaycanda bu günə qədər 55 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 9 milyondan çox vətəndaşı olan ölkədə 55 siyasi partiyanın aktiv siyasi fəaliyyət göstərməsi mümkün olmadığı kimi, bu partiyaların da bəzilərinin yalnız kağız üzərində adı var".

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzovun mövqeyini əksər partiayalar və deputatlar da dəstəkləyirlər. Bu isə yaxın vaxtlarda qanunun qəbul ediləcəyindən xəbər verir.

İ.ƏLİYEV

Digər xəbərlər