Meta İslamofobiyanı qazanc mənbəyinə çevirir...
...Vaşinqton və Tehran arasındakı gərginlik fonunda sosial mediada Britaniya Baş naziri Keir Starmerin saxta videosu yayılıb.
...Süni intellektdən istifadə edilərək çalma geyinmiş şəkildə təqdim edilən Starmer, müsəlman və miqrantlar haqqında irqçi və təxribatçı açıqlamalar verib.
SİA-nın əldə etdiyi məlumata görə, video sosial mediada yüz minlərlə baxış toplayıb, no...
...Lakin, "The Bureau Investigates" tərəfindən aparılan araşdırma təəccüblü bir detalı ortaya çıxarıb.
...Demə, İslam əleyhinə məzmunun müəllifi Britaniyanın ifrat sağçı fəalı deyil, Pakistandan olan dindar gənc müsəlmanmış...
Qeyd edək ki, bu gənc oğlan İslam moizələri ilə səhifələr açır, Quran ayələrini dərc edir və hətta profilində Kəbənin şəklindən də istifadə edirmiş.
...Və o, həmçinin Britaniya auditoriyasına İslamofobik videolar paylayan "Britain Today" hesabını da idarə edirmiş.
Onu da bildirək ki, gəncin səhifəsi yüz minlərlə izləyici toplaya bildib və ayda ona təxminən 1500 dollar qazandırıb. Və o da maraqlıdır ki, o, jurnalistlərə bunu pul qazanmaq üçün başlatdığını etiraf edib.
...Bu günlərdə Pakistanda həyatın necə olduğunu bilirsiniz. İnsanlar yaşamaq üçün bu cür işlər görürlər.
Pakistanlı gənc deyib bunu.
Yeri gəlmişkən, bu gəncin dərc etdiyi materialların məzmunu barədə demək olar ki, heç bir anlayışı da olmayıb - o, yalnız baxış və gəlirlə maraqlanırmış.
Videoların yaradılması üçün mövcud süni intellekt alətlərindən istifadə olunurmuş: Gemini populyar mövzuları seçirdi, CapCut avtomatik olaraq mətni videoya çevirirdi və ChatGPT üz qabıqlarının dizaynına kömək edirdi.
Bəzən müəllif sadəcə viral videoları TikTok və Twitter-dən dəyişdirmədən kopyalayırdı.
...Mütəxəssislər hesab edirlər ki, bu cür texnologiyalar ideologiyadan daha çox mənfəətin əsas diqqət mərkəzində olduğu yeni bir "kölgə təsirçiləri" sənayesi yaratmışdır. Təxribat, qorxu və nifrət sosial media alqoritmlərinin yaxşı satdığı bir məhsula çevrilib.
Tədqiqat müəlliflərinin fikrincə, əsas problem təkcə fərdi məzmun yaradıcılarında deyil, həm də Meta sisteminin özündədir.
Platformanın alqoritmləri güclü emosiyalar oyadan və cəlbediciliyi artıran hər şeyi mükafatlandırır - hətta bütün icmalara qarşı nifrət oyadırsa belə...
...London merinin sözçüsü bildirib ki, sosial media insanların zəhərli və bölücü ideyaları yaymaqdan qazanc əldə etdiyi "qəzəb iqtisadiyyatı" yaradıb. Araşdırma həyəcanverici bir nəticə ilə başa çatır: bu gün rəqəmsal nifrət fabrikləri tam hüquqlu biznes kimi fəaliyyət göstərir və alqoritmlər sosial bölünməni mənfəət mənbəyinə çevirənlərə pul ödəməyə davam edir...
SİA-nın əlavəsi: Meta Kaliforniyanın Menlo Park şəhərində yerləşən Amerika çoxmillətli texnologiya holdinqidir. Facebook, Instagram, WhatsApp və Reality Labs şirkətlərinin ana təşkilatıdır. Dünyanın ən dəyərli şirkətlərindən biri olan Meta Platforms, Amazon, Alphabet (Google-ın sahibi-A.B.), Apple və Microsoft ilə birlikdə ABŞ informasiya texnologiyaları sənayesindəki "Böyük Beşlik" şirkətlərindən biri hesab olunur. Şirkət, demək olar ki, bütün gəlirini xidmətlərində reklam sahəsi satmaqla əldə edir.
Əli Babayev
Vladimir Vladimiroviç Qırmızı Meydanda “şişmiş” və “gözə çarpan yaşlanmış” bir üzlə peyda oldu...
Meta İslamofobiyanı qazanc mənbəyinə çevirir...
Ukrayna dronları qlobal bazara daxil olur...
O, Stounhencdən daha qədimdir...
Amma o kiminlə döyüşmək niyyətində olduğunu deməyib…
Malidəki uğursuzluq Kreml üçün yeni xoşagəlməz hadisəyə çevrildi...
Bu, təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün təhlükəsizlik məsələsidir...
Əfsanəvi B-52 köklü təkmilləşdirmədən keçir...
10 aprel 2026-cı ildə imzalanan yeni qaydalar artıq qüvvəyə minib...
Ukrayna tədricən təşəbbüsü ələ keçirir…