Siyasi kluarlarda, eləcə də mətbuat səhifələrində "5-ci kolon" söhbətindən cox danışılıb, özəl şərhlər, təhlillər verilib. Gəlinən yekun fikir ondan ibarət olub ki, "5-ci kolon" cəmiyyətlər daxilində təxribatlar törədən, qarşıdurmalar yaratmağa çalışan gözə görünmək istəməyən qüvvədir. Bu isə onu deməyə əsas verir ki, "5-ci kolon" yarandığı vaxtdan bu günə qədər dəsti-xəttini dəyişməyib. Fəaliyyətində də dəyişikliklərə yol verməyib. General Frankonun zamanında olduğu kimi bu gün də "5-ci kolon" daxildə təxribatlar törətməyə, gizli casusları vasitəsi ilə qarşıdurmalar yaratmağa cəhdlər göstəririlər. Bi daha xatırlatmaq yerinə düşərdi ki, "5-ci kalon" 1930-cu illərdə İspaniyada qanlı vətəndaş müharibəsi zamanı general Frankonun təxribatçı qrupunun adı ilə bağlıdır. O vaxt general Franko "5-ci kolon"u yaradarkən, əsas hədəflərin hücuma keçərkən düşməni içəridən dağıtmağın vacibliyini, həm agent fəaliyyəti ilə məşğul olmaq, həm də təxribatlar törətməkdən ibarət olduğunu bildirmişdir. Tarixi faktlara əsaslanaraq demək olar ki, Franko "5-ci kolon"a bağladığı ümüdləri ilə vətəndaş müharibəsində əldə etdiyi uğurları ilə nümayiş etdirə bildi. Sonralar bəzi müharibə caniləri, o cümlədən Adolf Hitler İkinci Dünya müharibəsində Polşada, Fransada casusluq və təxribatlarla məşğul olan "5-ci kalon" adlı qruplar yaratmaqla general Frankonun ideyasının uğursuz variant olmadığını göstərməyə çalışıb. İddialara görə, Qərb və ABŞ SSRİ kimi qorxulu rəqibini sıradan çıxarmaqda nasistlərin metodlarından istifadə ediblər. Eyni prosesi, bu gün də davam etdirirlər. Xüsusi ilə də, hədəflərin iqtisadi cəhətdən inkişaf edən, demokratik pinsiplərə sədaqət nümayiş etdirən dövlətlər olduğu müşahidə olunur. Məqsəddə demokratik prosesləri ləngitmək, iqtisadi uğurları zəiflət və bu yolla ölkələri təsir altına almaq. Bəzi xarici qüvvələr də hüquqi-demokratik dövlət quruculuğunda inamla irəliləyən, uğurlu iqtisadi inkişafa, tərəqqiyə nail olan Azərbaycana qarşı da "5-ci kolon" qrupundan istifadəyə cəhdlər göstərilir.
Dağıdıcı müxalifət "5-ci kolon" rolunda
Azərbaycanda "5-ci kolon" timsalında isə dağıdıcı müxalifət çıxış edir. Yəni, İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı və digərləri "5-ci kolon" olaraq, meydanda görünməyə çalışırlar. Hətta məlumatlara görə, onlara bəzi xarici fondlar tərəfindən geniş formada maddi və mənəvi yardımalar göstərilib, qarşılarına konkret vəzifər qoyulub. Amma dağıdıcı müxalifətin ölkədə milli dövlət quruculuğunda, nə təhlükəsizlik, nə də sosial - iqtisadi vəziyyətlə bağlı alternativ planları yoxdur. Bu baxımdan müxalifətin general Frankonun arzularını reallaşdıra biləcəyi mümkünsüz görünür. İdeyanın reallaşa bilməməsinin bir səbəbi də, siyasi avantüristlərin bir-birinə qarşı olan nifrətidir. Bu, bir faktdır ki, müxalifət partiya funksionerləri aralarında olan rəqabəti bir müddət donduraraq bir araya gəlməyə cəhdlər göstəriblər. Hətta bu cəhdlər müəyyən qədər reallığa da çevrilib. Yəni xarici maraqlı qüvvələrin müəyyən tövsiyə və tapşırıqları əsasında müxalifətin blok və qurumları yaradılıb. Bu qurumların ömrü isə çox qısa olub. Səbəb isə həmin qurumlarda iddialı şəxslərin kifayət qədər çox olmasıdır. Son illər yaradılan "Azadlıq" siyasi bloku, "Müxalifətin Koordinasiya Mərkəzi", "İctimai Palata" və nəhayət,"Milli Şura" məhz iddialı şəxslərin çəkişmələrinin acı nəticəsi olaraq tarixin arxivinə atılıblar.
Maraqlı, həm də diqqətçəkən məqam ondan ibarətdir ki, qurumların fəaliyyətini dayandırması bəzi partiyalardan istefaların da baş verməsi ilə müşayiət olunub. Misal kimi, kinoçəkən Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə yaradılan "Milli Şura"nın fəaliyyətini qeyri-rəsmi dayandırmasından sonra AXCP-dən 46 nəfər, Müsavat partiyasından Qazax rayon təşkilatının sədri də daxil olmaqla, ümumilikdə 23 nəfər İsa Qəmbər və Əli Kərimli ilə eyni siyasi məfkurəni bölüşməkdən imtina ediblər. Hazırkı mərhələdə müxalifət daxilindən istefaların səngimədiyini demək olar. Çünki Müsavatın Abşeron və Sumqayıt şəhər təşkilatlarından, eləcə də AXCP-nin Saatlı, İsmayıllı rayon təşkilatlarından daha bir neçə nəfər istefa verib.
ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, müxalifətdən olan istefaların başlıca günahkarı partiya sədrlərinin özləridir: "Düzgün siyasətin aparılmaması nəticədə müxalifətin ciddi problemlərlə üzləşməsinə gətirib çıxarır. Qopmalar və funksionerlərin bir-birinə ünvanladıqları ittihamlar da məhz səhv siyasətin nəticəsidir".
S.Cəlaloğlu ehtimal olaraq o fikri qeyd edib ki, AXCP və Müsavatdan olan funksionerlərarası çəkişmələr partiyaların parçalanmasına gətirib çıxara bilər.
İ.ƏLİYEV