PDF Oxu

Müxalifət

  • 1 974

Dövlətin apardığı iş, Mətbuat Şurasının tövsiyələri öz bəhrəsini verib

image

Cəbhədə erməni təxribatı baş verdikdən və Azərbaycan silahlı qüvvələri erməni ordusuna ciddi zərbələr vurduqdan sonra Azərbaycan mətbuatı hadisələrə vahid informasiya siyasəti əsasında yanaşdı. Bu birliyin kökündə dayanan səbəbləri nə ilə izah etmək olar? Söhbət etdiyimiz qəzet baş redaktorları məsələnin kökündə Vətənə və xalqa bağlılıq dayandığını bildirdilər.

Akif Aşırlı: "Ordu ilə vahid həmrəylik nümayiş olundu"

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı:

- Cəbhə xəttində gərginliklər başlayan andan Azərbaycanda bütün media strukturları vahid informasiya əsasında fəaliyyət göstərdi. Həmin informasiyaları hərbi qayda-qanunlara uyğun və Mətbuat Şurasının mövcud qaydaları əsasında qoyduq. Dünya mediasına nəzər yetirsək görərik ki, artıq Azərbaycan mediasına kifayyət qədər istinadlar var. Bir sözlə, biz obyektiv, doğru və düzgün informasiyanı cəmiyyətə çatdırmağa çalışdıq. Yəni bu sahədə elektron media resurusları, sayıtlar kifayət qədər fəallıq göstərdi. Sosial şəbəklərdə də əhalinin, millətin xalqın ruh yüksəkliyi yüksək idi, ordu ilə vahid həmrəylik nümayiş olundu. Torpaqlarmızın işğaldan azad olunması üçün lazım olan abı-havanı yaratmağa qadirik. Ümumiyyətlə, cəbhədə olan bütün hadisələri çox diqqətlə izləyirik və Azərbaycan jurnalistləri hərbi vəziyyətdə işləməyə qadirdir, bunu da sübut etdilər.

İlham Quliyev: "Bu dəfə mediamız daha təmkinli və diqqətli davrana bildi"

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev:

- Aprelin 1-dən 2-ə keçən gecə cəbhə xəttində baş verən hadisələr medianın diqqət mərkəzində olub. Xəbər agentliklərimiz, internet resurslarımız operativ şəkildə oxucuların məlumatlandırıblar. Sevindirici haldır ki, 2014-cü ilin analoji hadisələrindən fərqli olaraq, bu dəfə mediamız daha təmkinli və diqqətli davrana bildi. Rəsmi təsdiqi olmayan məlumatlar mediaya yol tapa bilmədi. Hətta sosial şəbəkə istifadəçiləri də diqqətli olmağa çalışdılar. Sosial şəbəkə istifadiçiləri bir-birilərini məlumatlandıraraq, "nələri etmək olmaz" məzmunlu paylaşmalar etdilər. Baş verənlər, Azərbaycanın mövqeyi rus, ingilis və digər əcnəbi dillərdə dünya ictimaiyyətinə çatdırıldı. Bütün bunlar Azərbaycan mediasının artıq döyüş şəraitində işləmək imkanında olduğu görüntüsü yaratdı. Deməli, 2014-cü ildə atəşkəsin pozulması zamanı yaşananlar, mediada müşahidə edilən pərakəndəliklə bağlı ifadə edilən narahatlıq, dövlətin apardığı iş, Mətbuat Şurasının tövsiyələri öz bəhrəsini verib. Azərbaycan jurnalistləri artıq cəbhədə baş verənlərə təkcə xəbərçi kimi yanaşmırlar. Həm da çaılışırlar ki, vətəndaçlıq mövqelərini ortaya qoysunlar.

GÜLYANƏ

Digər xəbərlər