PDF Oxu

Siyasət

  • 836

Şəhərsalma və memarlığın cəmiyyətin inkişafında mühüm rolu

image

Lerik rayon Mərkəzi Kitabxanasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin Lerik korpusunun müəllim və tələbələrin iştirak ilə “Şəhərsalma və Memarlıq İli” nə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Çıxışlar zamanı şəhərlərin planlı qurulması, tarixi memarlıq abidələrinin qorunması və müasir infrastrukturun yaradılmasının əhəmiyyəti barədə söhbət açılıb. Bildirilib ki, ölkədə şəhərsalma və memarlıq sahəsinə xüsusi diqqət yetirilir, həyata keçirilən layihələr bu sahənin inkişafına töhfə verir. Həmçinin gənclərin bu istiqamətdə peşələrə maraq göstərməsinin vacibliyi vurğulanıb, şəhərsalma və memarlığın cəmiyyətin inkişafında mühüm rol oynadığını deyiblər.

Tədbir çərçivəsində mövzuya dair kitablar, fotomateriallar nümayiş etdirilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər