PDF Oxu

Siyasət

  • 452

8 Noyabr tarixi şanlı zəfər salnaməmizə qızıl hərflərlə yazıldı - ŞƏRH

8 Noyabr tarixi şanlı zəfər salnaməmizə qızıl hərflərlə yazıldı - ŞƏRH

Azərbaycan xalqının çoxəsrlik şanlı tarixinə qızıl hərflərlə həkk olunmuş 8 Noyabr – Zəfər Günü əmin-amanlığımızın, dəmir iradəmizin, milli birliyimizin və otuzillik işğal həsrətinə son qoyan ədalət mübarizəmizin ən uca zirvəsidir. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun qədim mədəniyyət beşiyimiz olan Şuşa şəhərini düşmən tapdağından azad etməsi Vətən müharibəsinin taleyini həlledici şəkildə dəyişmişdir. Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və əsgərlərimizin qanı-canı bahasına əldə edilən bu möhtəşəm Qələbə ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq hüquq çərçivəsində tarixi ədaləti tam şəkildə bərpa edərək, xalqımıza əbədi qürur və şərəf bəxş etmişdir.

Zəfər Günü yalnız hərbi-strateji nailiyyət deyil, eyni zamanda milli şüurun təşəkkülü, xalqımızın sarsılmaz iradəsinin və dövlətçilik əzminin təntənəsidir. Azərbaycan xalqı nümayiş etdirdi ki, onun suverenlik və ədalət idealları sarsılmazdır. Otuz ilə yaxın davam edən işğal dövründə xalqımız böyük səbir, dərin inam və dövlətinə olan etimadla bu tarixi günü yaxınlaşdırmış, nəticədə öz əzəli və əbədi torpaqlarında dövlət bayrağımızı ucaltmışdır.
44 günlük Vətən müharibəsi sarsılmaz milli həmrəyliyin və yüksək vətənpərvərlik ruhunun parlaq təzahürünə çevrildi. Qazanılmış bu möhtəşəm Qələbə canlarını Vətən uğrunda fəda etmiş müqəddəs şəhidlərimizin əziz xatirəsi, qazilərimizin rəşadəti və bütün cəmiyyətin vahid məqsəd ətrafında sıx birləşməsi nəticəsində əldə olunmuşdur. Ön cəbhədə vuruşan hərbçilərimizdən tutmuş, arxa cəbhədə fədakarlıq göstərən hər bir vətəndaşımız bu tarixi zəfərin əldə olunmasına öz sanballı töhfəsini vermişdir.
Şuşa şəhərinin azad edilməsi Azərbaycanın mədəni və mənəvi intibahının parlaq rəmzinə çevrilmişdir. Şuşa yalnız strateji yaşayış məskəni deyil, milli mədəniyyətimizin beşiyi, musiqi və ədəbiyyat irsimizin, eləcə də milli kimliyimizin müqəddəs ocağıdır. Şuşanın azadlığı ilə xalqımızın milli qüruru, mənəvi ruhu və özünəqayıdış prosesi yeni mərhələyə qədəm qoymuşdur. "Qalib xalq" statusu 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlığın, şəhidlərimizin əvəzsiz xidmətlərinin, ordumuzun peşəkarlığının və milli həmrəyliyin məntiqi nəticəsidir. Zəfər Günü dövlətimizin qüdrətinin və xalqımızın sarsılmaz birliyinin əbədi təzahürüdür.
Zəfər Günü dövlətimizin milli inkişaf strategiyasını və təhlükəsizlik prioritetlərini daha da möhkəmləndirir. Qazanılmış bu böyük nailiyyət işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, regional inkişafın təmin edilməsi və şəhidlərimizin mirasına sadiqlik nümayiş etdirilməsi baxımından üzərimizə böyük məsuliyyət qoyur.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli sarsılmazlığının, suverenlik ideallarına sədaqətinin və dövlətçilik ənənələrinin möhtəşəm təcəssümüdür. Bu tarixi gün xalqımızın şanlı salnaməsində əbədi yaşayacaq, gələcək nəsillər üçün vətənpərvərliyin, milli birliyin və qəhrəmanlığın alı rəmzi olaraq qalacaqdır.
Zəfər Günü dövlətimizə əbədi qüdrət, xalqımıza sarsılmaz inam və yüksək qürur hissi bəxş etsin. Üçrəngli dövlət bayrağımız azad edilmiş Qarabağ və Şərqi Zəngəzur səmasında hər zaman əzəmətlə dalğalansın! Zəfər Günün mübarək olsun, Şanlı Azərbaycan!

Rahim Muradov

YAP Naftalan şəhər təşkilatının əməkdaşı

Digər xəbərlər