Müxalifət

  • 12 539

Leyla Yunus kimilərin qanunla cəzalanmaları sosial-ictimai sifarişdir

image

Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsində Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində çıxarılmış hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib. Məhkəmədə işə baxan hakim Mirpaşa Hüseynov bildirib ki, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun məhkəməyə məcburi gətirilmələri haqda çıxarılmış qərar uyğun orqanlara göndərilib.

Qeyd edək ki, ötən ilin noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə A.Yunus barəsində həbs-qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Dekabrın 9-da isə L.Yunus barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb. Bundan başqa, onun qızının evinə qoyulmuş həbs götürülüb. Həmin məhkəmə qərarından narazı qalan L.Yunus və A.Yunus kasasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmü çıxarılmasını istəyirlər. 2016-cı il aprel ayında L.Yunus və A.Yunus Azərbaycanı tərk edərək, Hollandiyaya gediblər. Onu da qeyd edək ki, hazırda Hollandiyada yaşayan Leyla Yunus və həyat yoldaşı o vaxta qədər gəlməsələr, növbəti iclasda onların barəsində həbsli axtarış qərarı çıxarıla bilər.

Satmağı və satılmağı həyat fəlsəfəsinə çevirən Leyla Yunus

Bu, heç də təəccüb doğurmur. Çünki bütün həyatı boyu satmağı və satılmağı həyat fəlsəfəsinə çevirən Leyla Yunusun bu xisləti hələ 1992-1993-cü illərdə - Dağlıq Qarabağda hərbi əməliyyatlar gedərkən, onun Müdafiə Nazirliyində informasiya və təhlil mərkəzinə rəhbərlik etdiyi dövrdən bəlli idi. Həmin zamanlardan bəri davam edən "fəaliyyətini biznesə çevirmiş" Leyla Yunus bu işini erməni qohumları və dostları hesabına daha da genişləndirmişdi. Laura Baqdasaryan, David Şahnazaryan (Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri), Riçard Kirakosyan (Vaşinqton), Qrant Baqratyan (keçmiş nazir, indiki deputat), Vaqan Xaçaturyan (Yerevanın sabiq meri), Arnold Stepanyan, Marina Karapetyan (erməni diasporunun nümayəndələri), İqor Martirosyan (Ermənistan XİN), Lilit Petrosyan (Vaşinqton), Mari Titizyan (Kanada), Karine Stepanyan, Dağlıq Qarabağ separatçısı Samvel Babayan kimi bədnam ermənilərdən dəstək alan L.Yunusun müxtəlif ağır cinayətlərdə ittiham olunaraq, həbs edilənlər üzərində qurduğu "siyasi məhbus" biznesi günü-gündən böyümüşdü. Əlbəttə ki, bunların arxasında xarici ölkələrdə, xüsusilə də, Avropada bahalı malikanələr, lüks villalara yatırılan pullar dayanırdı. Məhz keçirilmiş məhkəmə prosesində bu vəsaitin haradan əldə olunmasına aydınlıq gətirildi.
Daim Vətənə xəyanətdə təqsirli bilinən, bu fəaliyyətlərinə görə ictimai qınaqla üz-üzə qalan Leyla və Arif Yunuslar bu gün özlərinə nə qədər haqq qazandırmağa çalışsalar da, faktların qarşısında aciz qalaraq, onları ört-basdır etməyin mümkünsüzlüyünü gördükdə, gücsüzlüklərini hiss edirlər. Artıq bu reallığın bir daha şahidi oldular ki, yalanın həqiqət üzərində qələbəsi qeyri-mümkündür.
Bir sözlə, Leyla Yunus kimilərin əsas fəaliyyəti maddi maraqlarından irəli gəldiyindən, onlar üçün milli maraqlar, xalqın mənafeyi anlayışı heç bir məna kəsb etmir. Bu səbəbdən də, Leyla Yunus kimilərin qanunla cəzalanmaları sosial-ictimai sifarişdir.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər