PDF Oxu

Siyasət

  • 3 814

Ərdoğanın ikinci tur zəfəri uzaqda deyil! ANALİTİK+AKTUAL

image

Seçki sorğuları keçirən bir sıra exit-poll təşkilatlarının ictimaiyyətə qeyri-dəqiq proqnozlar verməsinin səbəbləri məlum oldu

Mayın 14-də qardaş Türkiyədə keçirilən prezident və parlament seçkilərində bir sıra diqqətçəkən məqamlar oldu. O da məlumdur ki, seçkilər 2-ci tura qaldı. Lakin buna qədər seçkilərdə exit-poll kampaniyaları keçirən müxtəlif sosioloji sorğu mərkəzləri bir-birlərindən fərqli nəticələr çıxardılar.

Sosioloji sorğu keçirən təşkilatlar hansı səbəbdən səhvlərə yol veriblər?

Xüsusilə, hakim Ədalət və İnkişaf Partiyasının namizədi Rəcəb Tayyib Ərdoğanla CHP lideri Kemal Kılıçdaroğlu arasındakı mübarizədə isə CHP-nin seçkilərdə bir çox pozuntuları nəzərlərdən yayınmadı.

Bəs sosioloji sorğu keçirən təşkilatlar hansı səbəbdən səhvlərə yol veriblər?

Belə ki, həmin təşkilatlar istər yerli, istərsə də xarici ictimaiyyətə yalan nəticələr təqdim etməklə, guya Kılıçdaroğlunun qalib gəldiyini bəyan edirdilər.

Maraqlıdır ki, 18 exit-poll təşkilatının aprel-may aylarında keçirdikləri sorğularda müxalifətin vahid namizədi Kemal Kılıçdaroğlu səslərin 48,9, Rəcəb Tayyib Ərdoğan isə 45,8 %-ni qazanmışdılar.

Beləliklə, Kılıçdaroğlu 18 sorğunun 15-də öndə göstərilib. Ərdoğan isə Optimar, SONAR və HBS-nin nəticələrinə görə qalib təqdim olunurdu.

Bu kampaniyaların əksər çoxluğu gerçəkliyi əks etdirmədi

Daha bir düşündürücü nüans: məsələ ondadır ki, 7 seçki kampaniyaları seçkilərin 1-ci turda, 11-i isə 2-ci turda başa çatacağı barədə proqnozlar verdilər və yalnız Optimar təşkilatı Ərdoğanın birinci turda qalib gələcəyini proqnozlaşdırdı.

6 seçki kampaniyaları- PIAR, ALF, Artıbir, MAK, Eurasia və ORC isə CHP liderinin ilk turdaca qalib gələcəyini ictimailəşdirdilər. Ancaq göründüyü kimi, bu kampaniyaların əksər çoxluğu gerçəkliyi əks etdirmədi. Bəs belə bir qeyri-dəqiqliyin səbəbi nə idi?

Bir sıra seçki ekspertlərinin gəldikləri qənaətləri görə, sorğuların nəticələrinin üst-üstə düşməməsi ilk dəfə baş vermir. Belə ki, əvvəlki seçkilərdə də aparılan kampaniyalar səhv nəticələrlə yaddaşlarda qalıb. Mütəxəssislər bunu bir sıra fakorlarla izah edirlər.

Bəzi exit-pollar sifarişlə işləyib yalan proqnozlar veriblər

Misal üçün, versiyalar var ki, bir çox exit-poll-lar sorğuların nəticələrini sifarişlər əsasında göstərirlər. Daha dəqiq desək, onların bu və ya digər siyasi institutlara bağlılıqları da bu məsələdə rol alır.

Lakin ciddi və obyektiv səbəblər də mövcuddur. Yəni bütün sorğu təşkilatlarının da partiyalara bağlı, yaxud sifarişlə fəaliyyətlərini iddia etmək doğru olmazdı.

Seçki mütəxəssisləri bildirirlər ki, birinci versiya digər müxalifətçi namizəd - Muharrem İncənin öz namizədliyini geri götürməsinə qədərki sorğularla bağlıdır.

Baxmayaraq bu faktor elə də mühüm əhəmiyyət kəsb etmir, amma ehtimal etmək mümkündür ki, İncənin namizədliyini geri götürməsi az-çox nəticələrə təsirini göstərib.

Nəyə görə ən iri regionlardan olan Anadolu bölgəsi və əyalətlər sorğulardan kənarda qalıblar?

İkinci səbəb isə budur ki, sorğular, əsasən, Türkiyənin iri şəhər və rayonlarında keçirilib. Yəni, sosial sorğu kampaniyaları əyalətlərdə, eləcə də iç Anadoluda keçirilməyib. Bu məqam isə əlbəttə ki, sorğuların nəticələrində əks olunmayıb. Nəzərə alsaq ki, Türkiyənin əsas çoxluq əhalisi, yəni Anadolu bölgəsi həm də ənənəvi milli koloritlərə bağlıdır, həmçinin, ən iri regiondur, bu zaman həmin bölgənin Ərdoğana səs verdiyi kifayət qədər bəlli olur. Bu baxımdan, Ərdoğanın ikinci turda Kılıçdaroğluya qalib gəlməsi ən mümkün proqnozlar silsiləsindəndir. Üstəlik, iri şəhərlərdə CHP tərəfdarlarının çox olmasına baxmayaraq, AK Partiyasının da tərəfdarlarının az olmadığını qeyd etmək vacibdir. Mayın 28-də keçiriləcək ikinci turda isə qalibin, məhz Ərdoğan olacağı artıq heç bir şübhə doğurmur.

Afət Tahirqızı

Digər xəbərlər