Fransadakı islamafobiya meylləri ilə bağlı caliber.az-ın ingilis versiyasında məqalə dərc olunub. Həmin materialın tərcüməsini oxucularımızınn diqqətinə çatdırırıq.
Fransada türkofob və islamofob hisslər çoxdan hökm sürür. Bunlar boş sözlər deyil, Makron rejiminin reallığıdır, Azərbaycanın Parisdəki səfirliyinə hücum, bu yaxınlarda çəkiliş aparan Azərbaycan Dövlət Televiziyasının (AzTv) əməkdaşlarına hücum, jurnalistlərin yaralanması, avadanlıqların ələ keçirilməsi və məhv edilməsi, silahla təhdidlər və sair hadisələrdir.
Əlcəzair əsilli 17 yaşlı, silahı olmayan və müqavimət göstərməyən yeniyetmənin Fransa polisi tərəfindən vəhşicəsinə qətlə yetirilməsi Fransanın yeni müstəmləkəçilik siyasətinin növbəti nümunəsidir.

Britaniyalı jurnalist Nil Vatson sayta verdiyi şərhində Fransada baş verən hadisələrdən danışaraq qeyd edir ki, istənilən ziyarətçi ölkədə iki səviyyəli cəmiyyətin olduğunu, orada maqriblərin (Şimali Afrikada yerləşən ölkələrin sakinləri) yaşadığını dərhal anlayır və bilir ki, onlar dövlət səviyyəsində ayrı-seçkiliyə məruz qalır və Fransa əhalisinin böyük hissəsi ilə az əlaqə saxlayır.
Britaniyalı jurnalist hesab edir ki, islamofobiya Fransa cəmiyyətində o qədər kök salıb ki, əslində Makrona kömək edir.
“Bunu anlamaq üçün son prezident seçkilərində ifrat sağçı Milli Birlik Partiyasının güclənməsinə diqqət yetirmək kifayətdir.
Heç kimə sirr deyil ki, Makron ermənipərəst siyasət yürüdür və bu yaxınlarda erməni millətçiləri, o cümlədən millətçi Daşnaksütyun partiyasının üzvü Murad Papazyanla görüşü bunu sübut edir.
Fransa prezidenti Marseldəki görüşdə Ermənistana sadiqliyini vurğulayıb.
Watson qeyd edib ki, burada Makron ona və Fransaya faydalı olduğuna inandığı şeyi edir.
“İslamofobiya seçki hüququndan istifadə edən Fransa əhalisi üçün olduqca məqbuldur. Maqribiyalıların əksəriyyəti özünü gücsüz hiss edir və səs vermir. Ermənilər Fransa siyasətində, mediasında və biznesində kök salıblar. Onların türkofobik mövqeyi Fransada adi haldır və bu, Azərbaycana da aiddir”.
Fransa Senatında Azərbaycan əleyhinə bir çox qətnamələr təklif olundu, baxmayaraq ki, onların hamısı qəbul olunmadı.
“Mən inanıram ki, Makron ermənipərəst seçicilərinə qarşı səmimidir”,- deyə o, yekunlaşdırıb.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Fransadakı erməni diasporuna görə Makronun ermənipərəst olduğunu təsdiqləyib.
"Düşünürəm ki, o, Azərbaycan və Ermənistan arasında sülh sazişini səmimiyyətlə istəyir, lakin o, həmişə Yerevana daha çox meyl edəcək",- Brayza əlavə edib.
Bundan əlavə, diplomat qeyd edib ki, Makron tam olaraq türklərə qarşıdır. Bu, 2020-ci ilin yayında Yunanıstan və Türkiyə arasında gərginliyin yarandığı vaxt özünü büruzə verdi.
“Fransa prezidenti olaraq o, mədəniyyət baxımından həmişə İslamdan çox xristianlığa meylli olacaq, lakin bu, onun islamafobi olması demək deyil, sadəcə olaraq, Fransa siyasətində xristianlığa çox vaxt xüsusi önəm verilir”,- o vurğulayıb.
Bununla belə o, Türkiyənin Aİ-yə daxil olub-olmaması ilə bağlı müzakirələr kontekstində Avropa mədəniyyətinin xristianlıq üzərində qurulduğunu deyən Valeri Jiskar d'Estennin (Fransa Respublikasının 20-ci prezidenti) sözlərini də xatırladıb.
“Mən inanıram ki, Makron da oxşar düşüncə tərzindən gəlir”,- deyə o, yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı