Siyasət

  • 1 274

"Seçkinin nəticəsi millətin iradəsinin ifadəsidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər başa çatıb. 31 Mart bələdiyyə seçkilərinə siyasi bloksuz gedən CHP 1977-ci il seçkilərindən sonra qeyri-rəsmi nəticələrə görə, birinci partiya mövqeyinə yüksələrək özü üçün tarixi “zəfər” əldə edib. Bələdiyyə seçkiləri Türkiyədə bu institutun önəmini bir daha artırıb. Bu kampaniya ölkənin siyasi həyatının gələcəyi üçün müəyyən siqnal verir. Türkiyə daxilində və xaricdə bir çoxları ölkədə demokratiyanın təhlükədə olduğunu zənn edirdi, hətta müxtəlif hadisələri uzlaşdırmaqla bunu arqumentləşdirməyə səy göstərirdilər. Ancaq seçkilər bu məsələyə də aydınlıq gətirdi. Türkiyə siyasi elitası, cəmiyyəti demokratiyaya sadiq qaldığını nümayiş etdirdi. Bələdiyyə seçkiləri həm də Cümhuriyyətin demokratik uğurudur. Türkiyə bununla ən doğru yolun demokratiya olduğunu da isbatladı.SİA olaraq bu mövzu ilə bağlı deputat Musa Qasımlının fikrini öyrəndik. O bildirib ki, Türkiyədə bələdiyyə seçkilərinin keçirilməsi prosesi və nəticələri bir sıra qiymətləndirmələr aparmağa imkan verir: "Seçki öncəsi təbliğat-təşviqat kampaniyası bərabər şəffaf və azad şəraitdə keçirildi. Seçki günü insanlar özlərinin ifadəsini ifadə etdilər. Seçkinin nəticəsi millətin iradəsinin ifadəsidir, Türk demokratiyasının təntənəsidir. Bu, bir daha göstərdi ki, Türkiyə ona demokratiya dərsi vermək istəyən ölkələrdən qat-qat irəlidədir".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər