Siyasət

  • 1 828

Uğurlu siyasətin məntiqi nəticəsi ŞƏRH

image

Bu gün Beynəlxalq müstəvidə demokratik ölkə kimi tanınan müstəqil Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin məntiqi nəticəsidir. Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaradıb.

1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu. Məhz ulu öndər Heydər Əliyev uzaqgörən siyasəti və əzimkarlığı sayəsində müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu.

Ölkənin bu cür çətin və təhlükəli sınaqlar qarşısında qaldığı bir dövrdə xalqının səsinə səs verən ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıtdı. Həmin tarixdən 30 illik bir zaman ötür.

Ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu. 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçilən Ulu öndər Heydər Əliyev dövlətçiliyimizin xilası üçün bir çox sahələrdə düşünülmüş addımlar atmağa başladı. Dövrün, zamanın yetişdirdiyi, Azərbaycan xalqının xilaskarı kimi qəlbimizdə əbədi yaşayan Ümummilli liderimiz Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısında xidmətləri misilsiz və danılmazdır. Ömrünün böyük və mənalı hissəsini milli-mənəvi dəyərlərimizin qorunmasına, dövlətçiliyimizin inkişafına həsr edən Ulu öndər Heydər Əliyev mənəvi dəyərlərimizə əsaslanan azərbaycançılıq məfkurəsini qarşıya qoyulmuş ən ümdə vəzifə kimi müəyyən etmişdir

"Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz" –kəlamını söyləyən Ümummilli lider Heydər Əliyev Özü ilə bərabər Azərbaycana ictimai-siyasi sabitlik və tərəqqi gətirdi.

Ulu öndər hər zaman milli ideologiyanı və azərbaycançlıq məfkurəsini hər şeydən üstün tutmuşdur. Məhz 44 günlük Vətən müharibəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sarsılmaz birlik və həmrəylik nümayiş etdirərək düşmənə çökdürücü zərbə vurmaları Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin təzahürünün bir təntənəsi idi.Bu gün müstəqil Azərbaycan dövləti Ulu öndər Heydər Əliyev ideyaları ilə yaşayır və bu ideyalar ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir.Qazanılan bütün bu son uğurlar bir daha onu təsdiqləyir ki, Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək, inkişaf etmiş ölkələr sırasında nüfuzunu qoruyacaq.

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər