Siyasət

  • 1 379

Avropanın nüfuzlu QHT-ləri COP29-a dəstək çağrışları ediblər ŞƏRH

image

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) təşəbbüsü və çağrışı ilə Avropanın, xüsusilə də Avropa İttifaqına üzv ölkələrin nüfuzlu QHT-ləri Bakıda keçiriləcək COP29-a dəstəklə baglı açıqlamalar ediblər”. Bu fikirləri saytımıza Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib.Asif Əsgərli deyib ki, Bolqarıstan, Latviya, Polşa, Slovakiya və Rumıniya nüfuzlu QHT-ləri özlərinin rəsmi səhifə, eləcə də sosial media və şəbəkələrində COP29 və ADTGT ilə həmrəylik açıqlaması paylaşıblar: “Gündən-günə bu çağrışlara qoşulan və paylışım edən QHT-lərin sayı artır. Bu QHT-lər uzun illər fəaliyyətləri ilə beynəlxaq aləmdə özlərini təsdiq ediblər və ətraflarında çox böyük kütlə var.Paylaşımlarda COP29-la bağlı ətraflı məlumatlar verilir və Azərbaycanın bu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsinə malik olduğu vurğulanır”.Politoloq, həmçinin paylaşımlarda QHT-lərin COP29-da iştirakının əsas əhəmiyyətinə qəti inamım ifadə olunduğunu bildirib: “COP29 zamanı müzakirə və qərar qəbuletmə proseslərini zənginləşdirən unikal fikirlər və perspektivlər üçün təkliflərlə çıxış edəcəklərini vurğulayırlar. Paylaşımlarda qeyd olunur ki, bu tədbirdə QHT-lərin iştirakı empatiya, məsuliyyət və həmrəylik hissini artır, iqlim böhranına qarşı kollektiv öhdəliyi gücləndirir.“Azərbaycan Demokratik Tələbə və Gənclər Təşkilatı (ADTGT) və Azərbaycanın COP29-a sədrliyi ilə həmrəy olaraq planetimiz üçün perspektivli gələcək yolunda səylərdə birləşirik” kimi fikirlər yer alır. Fikimizcə, xarici ölklərin QHT-lərinin COP29-la bağlı belə çağrışlar etməsi bu mötəbər tədbirdə iştirak edənlərin sayına öz təsirini göstərəcək”.

Digər xəbərlər