PDF Oxu

Siyasət

  • 515

Prezidentə dost təbrikləri!

image

Azərbaycan Prezidenti İlham Əliyev dövlətçilik ənənələrini yaşadan, müdrik idarəetmə bacarığı ilə fərqlənən bir lider kimi tariximizin yeni səhifələrini yazdı. Müasir dünyamızda Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin qarantı, beynəlxalq arenada söz sahibi olan lider kimi ölkəmizin gələcəyini formalaşdırır. Onun rəhbərliyi ilə Azərbaycan güclü dövlətçilik ənənələrini daha da möhkəmləndirərək xalqın birlik və iradəsinin əsl təcəssümünə çevrilib. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Prezident İlham Əliyev Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. rezident İlham Əliyevin beynəlxalq münasibətlərə dair dərin bilikləri və çevik diplomatik manevrləri Azərbaycanın xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı ölkələrin suverenliyinə hörmət edilməsinin, qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının və gücləndirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycanın xarici siyasət strategiyasını məhz bu prinsiplər əsasında formalaşdırıb. Azərbaycanın beynəlxalq aləmdə söz sahibi kimi tanınmasını təmin edib və Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərə geniş dəstək qazandırıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə dünya ölkələrinin liderləri, beynəlxalq təşkilatlar tərəfindən təbrik məktubları gəlir. Çin Xalq Respublikasının Sədri Si Cinpi Prezidentimizi doğum gününüz münasibətilə səmimi təbriklərini və ən xoş arzularını çatdırmaqdan şərəf duyduğunu ifadə edib: "Məqsədyönlü rəhbərliyimizlə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətləri sürətlə inkişaf edir, ölkələrimiz arasında qarşılıqlı siyasi etimad daim möhkəmlənir, ikitərəfli faydalı əməkdaşlıq durmadan inkişaf edir və beynəlxalq səviyyədə fəaliyyət səmərəli şəkildə reallaşdırılır. Bu il ərzində Sizinlə iki dəfə görüşmüşük, əldə etdiyimiz mühüm razılaşmalar səmərəli və hərtərəfli şəkildə həyata keçirilir. Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Hər iki ölkənin xalqlarının rifahı naminə hərtərəfli əməkdaşlıqda yeni nəticələr əldə etmək üçün Sizinlə birlikdə çalışmağa hazıram".

Bu gün Çin və Azərbaycan arasında əməkdaşlıq durmadan inkişaf edir. Ölkələr arasında dostluq əlaqələri qədim tarixi köklərə malikdir. Çin və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması hər iki ölkənin tarixində yeni vacib bir səhifə açıb. Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. İki ölkə arasında münasibətlər tarixinin ən yüksək səviyyəsindədir və müxtəlif - siyasi, iqtisadi, mədəni, humanitar, nəqliyyat-logistika sahələri əhatə edir. Azərbaycan-Çin əlaqələri yalnız iqtisadi deyil, həm də geosiyasi və strateji sahələrdə güclənib. İki ölkə başçısı arasında şəxsi dostluq münasibətləri əməkdaşlığı daha da dərinləşdirib. Bu günədək Azərbaycan və Çin arasında 100-dən artıq sənəd imzalanıb. İki dövlət arasında iqtisadi əlaqələr, o cümlədən yük daşımaları sahəsində əməkdaşlıq inkişaf edir.

BELARUS-AZƏRBAYCAN DİALOQU DƏRİNLƏŞİR

Bu gün dünya sürətlə dəyişir və mürəkkəb geosiyasi reallıqlar fonunda münasibətlərin inkişaf dinamikasını diqqət mərkəzində saxlamağı zəruri edir. Azərbaycan qarşılıqlı etimada əsaslanan siyasət həyata keçirir. Azərbaycan Belarus münasibətləri də yüksələn xətlə inkişafdadır. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. "Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Əminəm ki, bu il Siz bayramınızı xüsusi əhvali-ruhiyyə ilə qarşılayırsınız. Sizin siyasi müdrikliyiniz və möhkəm iradəniz sayəsində Azərbaycan Respublikası qarşıya qoyulmuş məqsədlərə nail olaraq beynəlxalq nüfuzunu inamla artırır. Belarusda ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinə, həmçinin müxtəlif sahələrdə dövlətlərarası əməkdaşlığın ardıcıl inkişafına xüsusi əhəmiyyət verilir. Çoxtərəfli platformalarda etimada əsaslanan təmasları və qarşılıqlı dəstəyi, eləcə də Belarus-Azərbaycan dialoqunun bütün səviyyələrdə dərinləşdirilməsinə göstərdiyiniz diqqəti yüksək qiymətləndirirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə yeni nailiyyətlər arzulayıram", - deyə təbrikdə bildirilib.


DOSTLUQ VƏ HÖRMƏT RUHUNDA KEÇƏN GÖRÜŞLƏR

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev isə təbrikində "Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz ölkənizin mənafeyi naminə xalqınızın və dahi atanızın gözləntilərini layiqincə doğruldursunuz. Uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq nüfuzu artmış, regionda sülh və qarşılıqlı etimadın yeni bir mərhələsi formalaşmışdır. Ölkənizə davamlı rifah və yeni nailiyyətlər arzulayıram. Aramızda yaranan hörməti xüsusilə yüksək qiymətləndirirəm. Dostluq və hörmət ruhunda keçən bütün görüşlərimizi, söhbətlərimizi həmişə xoş duyğularla yada salıram. Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, nəcib təşəbbüslərinizdə müvəffəqiyyət, qardaş Azərbaycan xalqına isə firavanlıq və yeni uğurlar diləyirəm", - deyə bildirib.
İki ölkə arasında münasibətlər diplomatik çərçivəni aşaraq türk birliyi ideyasına, qarşılıqlı etimada və dərin inteqrasiyaya söykənən çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Azərbaycan ilə Qazaxıstan yalnız ikitərəfli çərçivədə deyil, beynəlxalq təşkilatlar daxilində də bir-birini fəal şəkildə dəstəkləyir. BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, və digər platformalarda ortaq mövqelər nümayiş etdirilir. Bu həm siyasi həmrəylik, həm də regional və qlobal məsələlərdə ortaq maraqların müdafiəsi baxımından olduqca əhəmiyyətlidir. İkitərəfli münasibətlərin ən dinamik elementlərini isə iqtisadi-ticari əlaqələr təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, iqtisadi əməkdaşlığın spektri son illərdə əhəmiyyətli dərəcədə genişlənib. Ölkələr arasında etimad əsasında formalaşmış biznes əlaqələri və dövlət səviyyəsində aparılan məqsədyönlü siyasət sayəsində qarşılıqlı ticarət, investisiya və logistika əməkdaşlığı sürətlə artır.

Çağdaş dünyamızda dövlət siyasətinin müasir modelini yaradan Cənab İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısının yerinə yetirilməsinə nail olmuşdur. 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən dövr ərizində ölkəmizin qazandığı uğurlar ölkəmizə dost və qardaş olan ölkələr tərəfindən maraqla qarşılanır. Mərkəzi və Şərqi Avropa, ümumiyyətlə, bütün dünya ölkələri ilə müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin məntiqi nəticəsidir. Azərbaycan ilə dünya ölkələri arasında ikitərəfli münasibətlər iqtisadi, ticari, enerji, turizm və digər sahələri əhatə edir. Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanaraq, xarici siyasətini həyata keçirən Azərbaycan dünya dövlətləri, eləcə də qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuşdur. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Son 22 il ərzində aparılan xarici siyasət, ölkədə həyata keçirilən sistemli islahatların nəticəsi olaraq xalqın həyatını köklü şəkildə dəyişməsi, 2020-ci ildə Prezident İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi dünyanın diqqətindən kənarda qalmadı.

AZƏRBAYCAN MÜASIR VƏ UĞURLU BİR DÖVLƏTƏ ÇEVRİLİB

Daha bir təbrik isə Ukraynanın Prezidenti Volodimir Zelenskidən ünvanlanıb. Təbriekdə qeyd olunur: "Sizin liderliyiniz sayəsində Azərbaycan müasir və uğurlu bir dövlətə çevrilmiş, beynəlxalq aləmdə öz rolunu və nüfuzunu inamla gücləndirərək, dövlət üçün mühüm nəticələrə, o cümlədən ərazi bütövlüyünün bərpasına və möhkəmləndirilməsinə nail olmuşdur.
Xalqlarımızın dostluğunun və Ukrayna ilə Azərbaycan arasında qarşılıqlı dəstəyə, beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan strateji tərəfdaşlığın möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti kimi Sizin şəxsi töhfənizi yüksək qiymətləndirirəm.
Bu tərəfdaşlıq Qara dəniz-Xəzər regionunda ədalətli sülhə nail olmaq niyyətinə, eləcə də enerji, iqtisadi-ticari, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edir.
Ukrayna Rusiya Federasiyasının silahlı təcavüzü şəraitində göstərilən həmrəylik və praktiki dəstəyə görə Sizə və Azərbaycan xalqına dərin minnətdarlığını bildirir. Xüsusilə ölkənin enerji sistemi obyektlərinin fəaliyyətinin təmin edilməsi məqsədilə göstərilən humanitar yardım, Kiyev vilayətində işğaldan azad edilmiş İrpin şəhərinin yenidən qurulmasında iştirak, cəbhəyanı regionlardan olan ukraynalı uşaqların sağlamlığının bərpası və reabilitasiyası yüksək dəyərləndirilir".

Bütün bu və ya digər təbrik məktubları Azərbaycan Prezidenti İlham Əliyevə dost, tərəfdaş olan dövlətləri tərəfindən ünvanlanıb. Təbrik məktublarından da göründüyü kimi, Azərbaycan Prezidentinə dünya mtiqyasında böyük ehtiram və sevgi vardır.
İkitərəfli siyasi münasibətlərin qurulması siyasi-iqtisadi və mədəni əlaqələrin inkişafına əlverişli zəmin yaratmış oldu. Müstəqil dövlət kimi Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Böyük nailiyyətlərin müəllifi olan Prezident İlham Əliyev dünya liderləri arasında seçilən dövlət başçılarından biridir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər