PDF Oxu

Siyasət

  • 1 310

Qırğızıstan prezidenti Türkiyə ilə münasibətlər haqqında danışdı

Sadır Caparov Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında çıxış edib

image

Qırğızıstan prezidenti Sadır Caparov paytaxt Bişkekdə rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həmsədrliyi ilə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında çıxış edib. SİA-nın əldə etdiyi məlumata görə, o, Türkiyənin Qırğızıstan üçün qardaş və strateji tərəfdaş olduğunu vurğulayıb: "Mən hər iki ölkənin və xalqın ortaq taleyinə inanıram."

Ölkələr arasındakı əməkdaşlıq səviyyəsindən məmnun olduğunu vurğulayan Caparov Türkiyə şirkətlərinə ölkədə kiçik və orta ölçülü su-elektrik stansiyalarının qurulmasında iştirak imkanını dəyərləndirmələrini bildirdi. O, dünyada baş verən inkişaflar fonunda nəqliyyat və logistika mövzularının əhəmiyyətinin artdığını bildirərək Türkiyəyə çatacaq Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin inşasının davam etdiyini söylədi.

Eyni zamanda tibbi ləvazimat və yüksək keyfiyyətli dərman istehsalında Türkiyənin dünyada lider mövqedə olduğunu vurğulayaraq Qırğızıstanda dərman zavodunun qurulması təklif etdi.

Qırğızıstan prezidenti Sadır Caparov "Ankara-Bişkek-Ankara" təyyarə reyslərinin başladığını xatırladaraq ölkədə Türk Mədəniyyət Günləri tədbirinin keçirilməsi barədə istəyini dilə gətirdi.

Digər xəbərlər