Siyasət

  • 971

Yeni Azərbaycan Partiyasının 32 illik uğur yolu

image

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ərəfəsində Yeni Azərbaycan Partiyasının (YAP) Babək rayon təşkilatında partiyanın yaranmasının 32-ci ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyasının 32 illik uğur yolu” adlı tədbir keçirilib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Babək rayonunun mərkəzində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, ölkəmizin siyasi həyatında mühüm yer tutan Yeni Azərbaycan Partiyasının keçdiyi yolda əldə olunan qələbələrin kökündə Ümummilli Lider Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi strateji xətt və inkişaf strategiyası dayanır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanıb, tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və strateji təşəbbüslər Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə aparan qlobal platformaların mühüm iştirakçısına çevrilməsini təmin edib. COP-29 konfransının məhz Bakıda keçirilməsi, ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun və bu mövzuda təsirli qərarların qəbul edilməsində rol oynamağa hazır olduğunun əyani göstəricisidir.
Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emin Məmmədxanlı qeyd edib ki, bu gün Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası 32 illik zəngin və şərəfli inkişaf yolu keçib. Yeni Azərbaycan Partiyası ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib. Bugünkü nailiyyətlərimiz, uğurlarımız, iqtisadi və siyasi sahədə əldə etdiyimiz qələbələrimiz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya söykənir. O strategiyanı uğurla həyata keçirən Prezident İlham Əliyev bütün bu nailiyyətlərin əldə olunmasına rəhbərlik edir.
YAP Babək rayon Nehrəm ərazi partiya təşkilatının sədri, Babək rayon Ağsaqqallar Şurasının sədri Tofiq Abutalıbov və Babək rayon Tarix və Diyarşünaslıq müzeyinin əməkdaşı, gənc partiya üzvü Nərgiz Bünyadzadənin çıxışlarında vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da genişlənməkdədir və bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtiramdan irəli gəlir.
Tədbirdə partiya qarşısında xidmətlərinə görə bir qrup şəxs Təşəkkürnamə ilə təltif olunub.
Sonda “Xalqın Partiyası - YAP” filmi nümayiş etdirilib.

Digər xəbərlər