PDF Oxu

Siyasət

  • 567

Heydər Əliyev Fondu - insanların ümid çırağı

image

Əhalinin sosial həyatının dəyişdirilməsi, onun rifahının təmin edilməsi, aztəminatlı təbəqələrə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması ölkəmizdə dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Sosial müdafiəyə ehtiyacı olan insanların maddi durumunun yaxşılaşdırılmasına istiqamətlənmiş tədbirlərlə yanaşı, onların zəruri tələbatlarının ödənilməsi üçün də dövlət büdcəsindən ayrılan vəsaitlərin miqdarı artırılıb. Dövlətin maraqları nəzərə alınaraq görülən bu işlərdə əsas məqsəd insanların gələcəyini təmin etməkdir. Bütün bunlarla yanaşı, əhalinin sağlamlığının təmini də görülən işlərin davamı olaraq həyata keçirilir. Müstəqil Azərbaycanda Heydər Əliyev Fondunun şaxəli fəaliyyəti ilə sosial, iqtisadi, sahələrdə həyata keçirilən davamlı tədbirlər bəhrəsini verir. Mövcud potensial, baza əsasında iş prinsiplərinə uyğun bir şəkildə fəaliyyət dairəsini genişləndirən Heydər Əliyev Fondu xüsusilə humanitar missiyada fəaliyyət proqramının həyata keçirməklə bütün yaş həddində olan vətəndaşdların qayğı və problemlərin təminatçısına çevrilib. Məlum olduğu kimi, fəaliyyətdə olduğu zaman məsafəsində ölkə ərazisində uşaq bağçalarının, orta məktəblərin, səhiyyə müəssisələrinin təmir və inşası, eləcə də, əqli, fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi dayaq olması, şəkərli diabet, böyrək çatışmazlığından əziyyət çəkənlərə pulsuz və yüksək səviyyədə yardım və kömək göstərilib. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda əhalilinin sağlamlığının qoruyucusuna çevrilib. Hər bir insanın ümid, pənahına çevrilib. Bu da əsassız deyil. İnsanlara qayğı, ehtiram, həssas münasibət Heydər Əliyev Fondu ilə cəmiyyət arasında bir körpü salıb. Minlərlə insanın qəlbində bir ümid çırağı yandırılıb. Ümidlər boşa çıxmır. Mehriban xanım Əliyevanın mərhəməti, xeyriyyəçiliyi, humanizmi bu münasibətin formalaşmasına səbəb olub.

NÜFUZLU TİBB ŞİRKƏTLƏRİ İLƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

Fondun əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması, vətəndaşlarımızın ölkədə və xaricdə müalicəsinə kömək məqsədi ilə həyata keçirdiyi irimiqyaslı proqram layihələri nəticəsini göstərməkdədir. Bu gün ölkəmizdə Fondun humanitar yardımı çərçivəsində əldə etdiyi böyrək hemodializ aparatları ilə bir sıra tibb müəsisələrini təmin etmişdir. Tibbi avadanlıqlar Almaniyanın "Fresenius Medical Care" şirkəti tərəfindən Heydər Əliyev Fonduna bağışlanan humanitar yardımdır. "Fresenius Medical Care" şirkəti ilə 2006-cı ildən başlanan əməkdaşlığın uğuru bahalı hemodializ aparatlarının hədiyyə olunmasına gətirib çıxarmışdır. Bununla yanaşı, Mehriban xanım Əliyevanın dünyanın bir sıra nüfuzlu tibb şirkətləri ilə beynəlxalq əməkdaşlığı çərçivəsində Fonda xeyli tibbi avadanlıq daxil olunmuşdur. Bunun sayəsində daha çox xəstə dövlət tərəfindən hemodializlə təmin olunur. Artıq regionlardakı müalicə ocaqlarında da belə aparatlar quraşdırılmışdır.

"DİABETLİ UŞAQLARA ƏN YÜKSƏK QAYĞI" LAYİHƏSİ DAVAMLIDIR

Heydər Əliyev Fondunun "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər növbəti dəfə insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində müvafiq dərman preparatları Azərbaycan Diabet Cəmiyyəti vasitəsilə şəkərli diabet xəstələrinə verilir.

Əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondu 2004-cü ilin dekabrından etibarən "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsini həyata keçirir. Layihə üzrə şəkərli diabetdən əziyyət çəkən şəxslərə dövlət tərəfindən göstərilən qayğıya dəstək məqsədilə uşaq və yeniyetmələr müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər. Ölkəmizdə uşaqların ən keyfiyyətli "Tresiba" insulini ilə təmin olunması böyük əhəmiyyət kəsb edir. Layihə çərçivəsində son bir il ərzində 1500-ə yaxın uşağın həyat keyfiyyəti yaxşılaşdı. "Tresiba" qanda insulinin miqdarının kəskin düşməsini, yəni hipoqlikemiyanın baş verməsinin qarşısını almağa kömək edir. Uşaqların "Tresiba" insulini ilə təminatı Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdiyi qayğının bariz nümunəsidir. Layihə çərçivəsində insulinlə təminatla yanaşı, həm valideynlər, həm də uşaqlar diabet haqqında, özlərinə necə nəzarət etməli olduqları barədə məlumatlar əldə edirlər. Bu layihə Heydər Əliyev Fondunun diabetlə bağlı həyata keçirdiyi ilk layihə deyil. Azərbaycanda ilk dəfə uşaqlar insulin üçün şpris qələmlərlə Heydər Əliyev Fondu tərəfindən təmin olunublar.

İnsulin insana fəsadsız və uzun yaşamağa kömək edir. Fəsadsız yaşamaq üçün qanda olan qlükozanın idarə edilməsi də vacibdir. Onu da insulinlə idarə etmək mümkündür. Uşaqlarda kəskin insulin çatışmazlığı yarana bilir. Onlarda qanda insulin ya heç olmur, ya da cüzi miqdarda aşkarlanır. Həmin uşaqların insulinlə təminatı vacibdir. Qısamüddətli və uzunmüddətli insulin mövcuddur. Qısamüddətli insulin yeməklər üçün istifadə olunur, uzunmüddətli isə bütün sutka boyu qanda insulinin yetəri səviyyədə olmasına kömək edir. Heydər Əliyev Fondu imkan yaradıb ki, ölkəmizdə şəkərli diabetdən əziyyət çəkən uşaqları ən yeni və ciddi yoxlamadan keçən uzunmüddətli insulinlə təmin olunsunlar. Həmin insulinlər sutka və gecə ərzində hipoqlikemik vəziyyətlərin başvermə ehtimalını azaldır.

Heydər Əliyev Fondunun genişmiqyaslı layihələrini davamı olaraq səhiyyə sahəsində humanitar aksiyaları davamlı xarakter alır. Fransanın ən güclü əczaçılıq qrupu olan "Servyer" şirkəti ilə birgə diabetli insanın müalicəsini dərmanla təmin etmişdir. Onlardan biri "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsidir. Fondda layihənin təqdimatından sonra ictimaiyyətin, yerli və xarici təşkilatların diqqəti ölkəmizdə diabetli uşaqların probleminə cəlb edilmiş, bu xəstəliyə tutulmuş 14 yaşadək uşağın dərmanlarla təmin olunmasındakı çətinliklər aradan qaldırılmışdır. Bu iş davam etdirilir, diabetdən əziyyət çəkən uşaqlar və böyüklər insulin, digər dərmanlar və qlükometr sarıdan korluq çəkmirlər. Artıq Heydər Əliyev Fondunun "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində müvafiq dərman preparatları Azərbaycan Diabet Cəmiyyəti vasitəsilə şəkərli diabet xəstələrinə verilir. Bu gün ölkəmizdə uşaqların ən keyfiyyətli "Tresiba" insulini ilə təmin olunması çox böyük əhəmiyyət kəsb edir. Uşaqların "Tresiba" insulini ilə təminatı Heydər Əliyev Fondunun uşaqlara göstərdiyi qayğının bariz nümunəsidir.

SƏHİYYƏ SAHƏSİNDƏ HƏYATA KEÇİRİLƏN LAYİHƏLƏR FONDUN ƏHALİNİN SAĞLAMLIĞINA VERDİYİ TÖHFƏLƏRDİR

Fondun dəstəyi ilə ölkəmizdə uşaqlar üçün qastroenteroloji sanatoriya, psixo-nevroloji mərkəz istifadəyə verilmişdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində dünyanın tanınmış şirkətləri tərəfindən fonda təqdim olunmuş hemodializ və endoskopik aparatlar hazırda müvafiq tibb müəssisələrində uğurla tətbiq olunur. Fondun təşəbbüsü ilə paytaxt və regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaq və damaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir.

Fond tibb müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və inşasında yaxından iştirak edir. Belə ki, fond tərəfindən Türkan qəsəbəsində poliklinikanın və təcili tibbi yardım stansiyasının inşası, Şüvəlan qəsəbəsində 31 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri, Ucar rayonunun Qazıqumlaq kəndində Akademik Zərifə Əliyeva adına Xəstəxananın əsaslı bərpası, Zirə Müalicə Diaqnostika Mərkəzinin yenidən qurulması, Qala qəsəbəsində ilk xəstəxananın - 29 nömrəli BirləşmişŞəhər Xəstəxanasının filialının inşası, Bakıda Psixonevroloji Uşaq Mərkəzinin inşası, "Təbəssüm" uşaq sanatoriyasının əsaslı təmiri və yenidən qurulması və s. xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzinin inşası və s. həyata keçirilmişdir

"TALASSEMİYASIZ HƏYAT NAMİNƏ"

Onu da bildirək ki, səhiyyə yönümlü layihələr sırasında Heydər Əliyev Fondunun fəaliyyətində uşaqlar arasında mövcud olan talassemiya xəstəliyinin qarşısının alınması üçün preventiv tədbirlər, maarifləndirmə işlərinin aparılması, qan testlərinin keçirilməsi, xəstəliyin müalicəsi, sümük iliyinin köçürülməsi ilə bağlı məsələlər də yer alır. Paytaxtımızda inşa olan Talasamiya Mərkəzi Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirildi. Burada quraşdırılan avadanlıqlar müalicənin ən yüksək səviyyədə aparılmasına şərait yaradır.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri oktyabrın 31-də Talassemiya Mərkəzində olublar. Mehriban Əliyeva tibb müəssisəsindəki transplantologiya şöbəsində, yeni açılan reanimasiya şöbəsində və böyüklər üçün stasionar şöbədə olub, burada müalicə alan uşaqlarla, tibb işçiləri ilə söhbət edib, müalicə prosesinin gedişi ilə maraqlanıb. Talassemiya Mərkəzi bu xəstəliyə düçar olanların müalicəsində mühüm rol oynamaqla yanaşı, həm də xəstələrə və onların ailələrinə mənəvi baxımdan böyük dəstəkdir.

Qeyd edək ki, tibb müəssisəsində görülən işlər, aparılan islahatlar, burada müalicə alan xəstələrin səhhəti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən daim diqqət mərkəzində saxlanılır. Fondun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa edilən Talassemiya Mərkəzində xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi, Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi üçün görülən tədbirlər talassemiya xəstəliyinin profilaktikasında əhəmiyyətli rol oynayır.

Xatırladaq ki, 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzi Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısının alınması istiqamətində əhalinin maarifləndirilməsinə və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Fond səhiyyənin müxtəlif sahələrində yeni texnologiyaların tətbiqi işində də yardımçı olur, təbabətin ən müasir metod və nailiyyətlərindən istifadə üçün beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir. Bu əməkdaşlıq əsasında artıq bir neçə lokal layihə həyata keçirilmişdir. Səhiyyə sahəsində görülən işlər, həyata keçirilən layihələr Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qorunması işinə ən dəyərli töhfələrdir. Bu qayğı humanizmin ən nümunəvi göstəricisidir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər