PDF Oxu

Siyasət

  • 396

"20 Yanvar. Danışan talelər" sənədli filminin nümayişi olmuşdur

image

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsindən 35 il ötür. Bu qanlı faciədən illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı bu tarixi unutmur və faciə qurbanlarının xatirəsini hər il hüznlə anırlar. "20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı" Tədbirlər Planına uyğun olaraq 16 yanvar 2025-ci il tarixdə rayon Mədəniyyət evində "20 Yanvar. Danışan talelər" sənədli filminin nümayişi olmuşdur. Tədbirdə YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd sektorunun müdiri Aslan Quliyev, idarə və təşkilatların əməkdaşları, gənclər, yuxarı sinif şagirdləri iştirak etmişdir.
Tədbirdə bildirilmişdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan gəncliyi müstəqillik, vətənpərvərlik, Vətənə sonsuz sədaqət hissinin təməlini qoyaraq bu estafeti gələcək nəslə - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində misilsiz Zəfər çalmış gəncliyə ötürüblər. Bugünkü gənc nəsil 20 Yanvar faciəsinin canlı şahidi olmasa da, hər il dövlət səviyyəsində qeyd edilən və nəsildən-nəslə ötürülən bu tarixi qan yaddaşımız gənc nəslin formalaşmasında, müstəqilliyin bir hədiyyə olmadığının, onun daim qorunmasının vacibliyinin dərk edilməsində mühüm rol oynayıb. Bugünkü gənclər müasir geosiyasi proseslər fonunda milli maraqlarımıza qarşı yarana biləcək istənilən təhdidə qarşı hazırlıqlıdır və güclü siyasi liderin ətrafında sıx birləşiblər.

Digər xəbərlər