PDF Oxu

Siyasət

  • 1 035

Məqsədyönlü siyasət bölgədə rifah, sülh və təhlükəsizliyə xidmət edir

image

“Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində mühüm məsələlərdən bəhs edib. Dövlətimizin başçısı müsahibəsində ölkəmizin regional və qlobal miqyasda artan rolu, əldə edilən uğurlar və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib. Azərbaycanın qonşularla mehriban münasibətlər qurduğu, balanslaşdırılmış xarici siyasət həyata keçirdiyi qeyd edilib. Sözsüz ki, Azərbaycanın bu gün regionda sabitlik adası olması, əldə etdiyi uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bariz nümunəsidir.” Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputaı Sevinc Hüseynova söyləyib.

O qeyd edib ki, Prezident İlham Əliyev Çin televiziyasına müsahibəsində də məhz bu amilləri bir daha önə çəkmiş oldu. Cənab Prezident müsahibəsində bu və ya digər məsələlərə dair ünvanlanan sualları əhaləti və dolğun şəkildə cavablayıb. 2024-cü ilin Azərbaycan tarixinə beynəlxalq tədbirlərin keçirildiyi, mühüm qərarların qəbul edildiyi təqvim kimi daxil olub. Bölgədə sülh və əmin-amanlığın qorunub saxlanılması, bunun üçün lazım olan bütün komponentlərin təmin olunması önə çəkilib. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi nəticəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam təmin edildiyi diqqətə çatdırılıb. Azərbaycan üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyü və suverenliyin tam bərpası idi. Bu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Azərbaycan məhz BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Dövlətimizin başçısının da vurğuladığı kimi 30 il Ermənistanın işğal siyasətinə qarşı beynəlxalq hüququn normaları işləmədi. Həmçinin beynəlxalq təşkilatlar Azərbaycana bu məsələdə heç bir dəstək vermədi. İşğalçıya beynəlxalq miqyasda təzyiq olunmadı. Bütün bunlar isə Ermənistanın işğal siyasətinin 30 il uzanmasına səbəb oldu. Beləliklə, Azərbaycanın beynəlxalq hüququ və BMT Nizamnaməsinə əsas tutaraq addımlar atdı. Nəticədə 30 il ərazində xalqımızın pozulmuş fundamental hüquqları bərpa olundu. Çünki həmin tarixə qədər çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı”.
Deputat bildirib ki, Azərbaycan son illər ardıcıl olaraq bir sıra qlobal layihələrə ev sahibliyi etməsi, birbaşa təşəbbüskar ölkə kimi çıxış etməsi mühüm önəm kəsb edir: “BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən, daha sonra BMT-dən sonra dünyada ikinci aparıcı təşkilat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycan bu gün beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul edilir. Məhz bu sırada COP29-un ölkəmizdə uğurla keçirilməsi xüsusi ilə qeyd edilməlidir. Çünki COP29 böyük çağırış, məsuliyyət, nailiyyət tələb edən vacib qlobal bir tədbir idi. Azərbaycan ötən il ən böyük uğuru təxminən 200 ölkəni bir araya gətirən COP29 iqlim konfransına ev sahibliyi etməsi ilə özünün nəyə qadir olduğunu bir daha təsdiq etmiş oldu. Ölkəmizin başçısı həmçinin müsahibəsində Azərbaycan-Çin münasibətləri ilə bağlı fikirlərini ifadə edib, əlaqələri yüksək dəyərləndirib. Çin və Azərbaycan dost, strateji tərəfdaş ölkələrdir. Hər iki ölkənin rəhbərləri arasında çox yaxşı münasibətlər var. Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında dostluq münasibətləri ölkələrimizin qarşılıqlı əlaqələrinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, ötən il Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş Şanxay Əməkdaşıq Təşkilatının sammiti çərçivəsində dövlət başçılarımızın görüşü zamanı strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə Bəyannamə qəbul edilib”.
Sevinc Hüseynova vurğulayıb ki, Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsinə Azərbaycan ilk günlərdən öz mövqeyini ifadə edib: “Azərbaycanın Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etməsi, Ələt Limanının yükdaşıma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər artırılması ilə bağlı hədəflər bunun bariz nümunəsidir. Sözsüz ki, “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırır. Təbii ki, Zəngəzur dəhlizi reallaşandan sonra bu layihənin önəmi daha da artmış olacaq. Bütün bunların fonunda Azərbaycan-Çin əlaqələrinin inkişafında dövlət başçılarının şəxsi dostluq münasibətləri də mühüm önəm kəsb edir. Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi Çinin “böyük dostu” adlandırması bu münasibətlərin ən yüksək tərənnümü hesab edilir”.

Digər xəbərlər