PDF Oxu

Siyasət

  • 448

Qisası alınan Xocalı

image

25 fevral 2025-ci il tarixdə YAP Samux rayon təşkilatında Ermənistanın Xocalıda törətdiyi soyqırımının 33-cü ildönümünə həsr olunmuş “ Qisası alınan Xocalı ” mövzuda dəyirmi masa keçirilib.

Tədbirdə, əvvəlcə Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocalı həqiqətlərindən danışan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bu hadisəyə hüquqi-siyasi qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin rolunu, dünyada tanıdılmasında isə Prezident İlham Əliyevin, Birinci vitse-prezident və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın xüsusi xidmətlərini vurğulayıb. Diqqətə çatdırıb ki, dövlət suverenliyi bütün ölkə ərazisində bərqərar edilib.

Tədbirdə çıxış edən 44 günlük vətən müharibəsi iştirakçısı, Samux rayon Mərkəzi Xəstəxanasının baş həkimi Loğman Hacıbədəlli, ərazi partiya təşkilat sədrlərindən Şəmistan Yusifov, Günay Rzayeva, Ruhanə Həsənova və fəal partiya üzvləri Təhminə Nəsibova, Aytən Məmmədova Aytən Əliyeva da Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş Xocalı soyqırımının təfərrüatlarından bəhs edib və bu soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıblar.

Digər xəbərlər