PDF Oxu

Siyasət

  • 3 652

Azərbaycan qaz ixracedən ölkə kimi tanınır

image

Dünya artıq Azərbaycanı qaz ixrac edən ölkə kimi də tanıyır. Xüsusilə təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olan “Cənub qaz dəhlizi” göstərdi ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi ölkə necə qlobal layihələri gerçəkləşdirməyə qadirdir.Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin neft strategiyasını uğurla davam etdirməklə onu həm də günün tələbləri baxımından da inkişaf etdirdi.

Azər­bay­can zən­gin tə­bii sər­vət­lə­rə ma­lik öl­kə­dir. Av­ro­pa ilə Asi­ya­nın or­taq qa­pı­sı olan Azər­bay­can, əl­ve­riş­li tə­bii-coğ­ra­fi şə­rai­ti və zən­gin tə­bii sər­vət­lə­ri ilə da­im diq­qət mər­kə­zin­də ol­muş­dur.

Azərbaycan müxtəlif növ təbii ehtiyatlarla zəngin olsa da, hazırda ən mühümü neft-qaz ehtiyatları hesab edilir. Azərbaycan ərazisi dünyanın ən qədim neft çıxarılan bölgələrindən biridir. Zəngin neft və qaz yataqları olan bu torpaqlarda gedən bir çox savaşların da kökündə həmin amil dayanmışdır.

“Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir.” Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə mətbuata bəyanatında deyib.

Azərbaycandan qaz alan 12 ölkədən 10-nun Avropa ölkəsi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur”.

Prezident İlham Əliyev bildirib ki, Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür.

Cəlal Əliyev

YAP Masallı rayon təşkilatının əməkdaşı

Digər xəbərlər