PDF Oxu

Siyasət

  • 877

YAP Bərdə rayon təşkilatının yaradılmasının 32-ci ildönümü qeyd olunub

image

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının yaradılmasının 32-ci ildönümü qeyd olunub.Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini anıblar.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya partiyanın ötən dövr ərzində keçdiyi mənalı və şərəfli yoldan bəhs edib. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası nəinki ölkəmizin, bütövlükdə Cənubi Qafqaz regionunun aparıcı siyasi təşkilatı kimi tanınır və nüfuz qazanıb.
F.Şadlinskaya rayon təşkilatının yaranma tarixindən, fəaliyyətindən, partiyanın VII Qurultayından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsindən də geniş danışıb.
O bildirib ki, YAP Bərdə rayon təşkilatı 13 minə yaxın partiya üzvünü özündə birləşdirir. Onlardan 6786 nəfəri qadın, 1236 nəfəri gəncdir.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. O, Yeni Azərbaycan Partiyasının 32 ildən artıq müddət ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artıb.
Partiya fəalları şəhid anası Arzu Hüseynzadə, Rzaqulu Şərifov, Qurban Məmmədov, Vüsal Məmmədov, Fərid Hacıyev bildiriblər ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır.
Sonda rayonun ictimai-siyasi həyatında fəal rol oynayan partiya üzvlərinə fəxri fərman, partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri, bir qrup yubilyara və gənc fəallara döş nişanları təqdim edilib.
Tədbir Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə nümayəndəliyinin təşkil etdiyi konsert poqramı ilə başa çatıb.

Digər xəbərlər