PDF Oxu

Siyasət

  • 854

Milli-mənəvi dəyərləri özündə əks etdirən Novruz bayramı

image

Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı qədim tarixə və zəngin mədəniyyətə malikdir. Tədqiqatçılar Novruz bayramının tarixindən müxtəlif illərdə bəhs etmişlər. Novruz bayramının yerinin müəyyən edilməsində arxeoloji materiallar mühüm qaynaqlardan sayılır. Bu bayramın mahiyyəti, tarixi kökləri, təbiət hadisələri ilə əlaqəsi haqqında yazılı mənbələrdə xeyli material var.

Ölkədə sovet hakimiyyəti illərində Novruz bayramına münasibət dəyişmiş, bu bayram gah keçirilmiş, gah da ona din ad verilərək unudulmasına, aradan qaldırılmasına təzyiq göstərilmişdir. Amma bunlara bamayaraq xalq bu əziz bayramı həmişə yad edərək keçirməyə can atmışlar. Bu gün Azərbaycan xalqı Novruz bayramını yaşadır və yaşadacaq. Bayram öz təravətini daima saxlayacaqdır. Milli adət-ənənələrimizə, həmçinin Novruz bayramına xüsusi qiymət yetirən Ümummilli lider Heydər Əliyev xalqı bayram münasibətilə təbrik edərkən vurğulamışdır: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu lmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiam bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğunu nümayiş etdirir”. Zəngin mənəvi dəyərlərə malik Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hisslərini doğurur.

Bahar bayramı rəssamaların, bəstəkarların, yazıçıların və şairlərin hər zaman diqqət mərkəzində olmuşdur. Bu günədək bədii əsərlərdə Novruz adətləri və müxtəlif mərasimlər təsvir edilməkdədir. Dahi şair Nizami Gəncəvinin “İsgəndərnamə”, “Leyli və Məcnun” “Xosrov və Şirin” poemaları, Xaqani Şirvaninin şeirləri, Qazi Bürhanəddinin qəzəlləri, Məhəmməd Füzulinin, Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin əsərləri, Mikayıl Müşfiqin “Bayram axşamı” şeiri, Hüseyn Cavidin, Mirzə Fətəli Axundzadənin və digər görkəmli ədəbiyyat nümayəndələrimizin əsərlərindən nümunə gətirmək olar. Sovet dönəmində yaranan ədəbi-bədii nümunələrdə də Novruz adət-ənənələri, müxtəlif mərasimlər təsvir edilirdi. Yazıçı İsmayıl Şıxlı məşhur “Dəli Kür” romanında Novruzu qeyd etməyə hazırlaşan bir kəndin bayram təlaşını, həyəcanını da ustalıqla qələmə alıb.

Azərbaycanla yanaşı bütün Şərqdə, xüsusilə də Mərkəzi Asiyada, İranda, Pakistanda, Türkiyədə, Qazaxstanda, Özbəkstanda, Tacikstanda, Türkmənstanda və Qırğızstanda xüsusi təntənə ilə qeyd olunur. 30 sentyabr 2009-cu il tarixində Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil olunub. 23 fevral 2010-cu il tarixində isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart “Beynəlxalq Novruz Günü” elan edilmişdir.

Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə və ordumuzn gücü sayəsində artıq 5 ildir ki, Novruz bayramını Qarabağ torpağında və doğma Zəngəzur torpağında xüsusi coşğu ilə qeyd edirik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir.

Azərbaycanda Novruz bayramı hər il yüksək təntənə ilə keçirilir. Bakıda -Dənizkənarı parkda, Sumqayıtda – Dənizkənarı parkda və digər regionlarımızın geniş meydanlarında, stadionlarda bu bayram böyük əzəmətlə keçirilir. Novruz xalqın ortaq duyğu və düşüncələrini diə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.

Nigar Abdullayeva

YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər