PDF Oxu

Siyasət

  • 922

Müstəqil dövlətçilik modelinin bariz nümunəsi

image

“Hazırda beynəlxalq müstəvidə mürəkkəb proseslər davam edir, münaqişələrin sayı artmaqdadır. Dünya nizamı artıq mövcud deyil. Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə bu mövzuda fikirlərini geniş ifadə edib”.Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq.
Cənubi Qafqaz regionunda proseslərə gəlincə, dövlət başçısının qeyd etdiyi kimi, bu bölgə uzun illər qarşıdurma və düşmənçilik bölgəsi olub. Ermənistanın işğalçılıq siyasəti 30 il regionda müharibə şəraitinin davam etməsinə səbəb olub. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda yeni reallıqlar yaranıb. Hazırda, hərbi qarşıdurma olmasa da, sülh də mövcud deyil. Dayanıqlı sabitlik üçün ölkələr arasında sülh sazişi imzalanmalıdır. Ermənistan bu sülhün əldə olunması üçün üzərinə düşən vəzifələri yerinə yetirməlidir.
Millət vəkilinin sözlərinə görə, hazırda dünyada yeni nizamın müəyyənləşdirilməsi prosesi baş verir. Belə bir şəraitdə beynəlxalq güclərdən asılı olan dövlətlər və xalqlar çətin sınaqlar qarşısındadır. Çünki kənar qüvvələrin diqtəsi ilə idarə olunanlar azad şəkildə öz gələcəkləri üçün qərar vermək iqtidarında deyil. Amma müstəqil siyasət yürüdən ölkələr isə bu prosesdə öz rolunu oynayır. Prezident İlham Əliyevin müsahibədə dediyi kimi, beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. Dövlətimizin başçısının mövcud beynəlxalq münasibətlər sistemi haqqında fikirləri dünya miqyasında nə qədər güclü lider olduğunu bir daha təsdiqləyir. Xüsusilə, cənab İlham Əliyev müstəqil dövləti necə qorumağın nümunəsini təqdim edir. Nəzərə almaq lazımdır ki, Azərbaycan milli maraqlarımız məsələsində heç kəsə və ya heç bir təsisata arxalanmayıb. Azərbaycan nümunəsi göstərir ki, hər bir ölkə öz taleyinin sahibi olmalıdır.
Deputatın fikrincə, öz milli dövlətlərini qorumaq istəyən xalqlar Azərbaycan Prezidentinin tövsiyələrinə istinad etməlidir. Çünki bu fundamental yanaşma hər bir mili dövlətin gələcəyi üçün həyati əhəmiyyət kəsb edir.
“Prezident İlham Əliyev müsahibədə XII Qlobal Bakı Forumunun əhəmiyyətindən də geniş bəhs edib. Dövlət başçısının vurğuladığı kimi, beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında bu Forumun vacib rolu var. XII Qlobal Bakı Forumunun iştirakçıları ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşüblər. Forumda dünya miqyasında nüfuzlu şəxslər iştirak edirdi ki, onların proseslərə yanaşmaları beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanır”, - deyə Fatma Yıldırım vurğulayıb.

Digər xəbərlər