27 sentyabr 2020-ci il haqq savaşımızdan altı il ötür. Milli yaddaşımızda dərin iz buraxmış bu tarixin Anım Günü kimi qeyd olunması şəhidlərin xatirəsinə ehtiram, ordunun qəhrəmanlığına və xalqın birliyinə dərin hörmət ifadəsidir. Həmin günü Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini və mövqelərini atəşə tutması ilə başlanan genişmiqyaslı hərbi təxribatı nəticəsində ordumuz əks-hücum əməliyyatına başladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əsgər və zabitlərimiz qarşıya qoymuş vəzifələri yüksək peşəkarlıq və qəhrəmanlıqla yerinə yetirməklə düşmən məhv edildi, 44 günə uzun illər işğal altinda qalan torpaqlarımız azadlığa qovuşdu, xalqımız tariximizin yeni, şanlı səhifəsi olan zəfər sevincini yaşadılar.
Qürur, ehtiram, möhtəşəm zəfərimizin başlanğıcı kimi tarixə düşən 27 Sentyabr – Anım Günü münasibətilə Daştatük kənd ümumi orta ümumtəhsil məktəbində baş tutan tədbirdə əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən, adlarını qəhrəmanlıq tariximizə yazan Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Məktəbin direktoru Sarvan Babayev çıxış edərək 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şəhidlərin xalqımızın yaddaşındakı əbədi yeri haqqında məlumat verib. Onu da bildirib ki, hər zaman qan töküb torpağı Vətən edən şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla anmaq hər birimizin müqəddəs borcudur.
Tədbir zamanı şagirdlər tərəfindən vətənpərvərlik ruhunda şerlər, kompozisiyalar və ədəbi-bədii çıxışlar təqdim olunub, əbədi ürəklərə köçən şəhidlərin Vətən qarşısındakı misilsiz xidmətləri bir daha böyük qürurla xatırlanıb.
Həmçinin Anım Günü ilə əlaqədar məktəbin tarix müəllimi Arzu Rzazadə IX sinifdə “Zəfər tarixi” dərs
zamanı şagirdlərə Vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizə və qəhrəman şəhidlərin göstərdiyi şücaət haqqında ətraflı danışıb .
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü