PDF Oxu

Siyasət

  • 1 036

Əsrlər boyu davam edən Azərbaycan və Gürcüstan əlaqələri - ŞƏRH

image

Azərbaycan və Gürcüstan əsrlər boyu sülh, mehribanlıq və qardaşlıq şəraitində yaşamışlar və bu gün də belə davam edir. Hər iki dövlət arasında münasibətlər yüksək səviyyədədir. İki dövlət birlikdə bir çox layihələri icra ediblər. Həmin layihələr ölkələrimiz üçün, o cümlədən xalqlarımız üçün böyük önəmi vardır. Bunun nəticəsi olaraq da dövlətlərarası siyasi əlaqələr inkişaf edir. 18 noyabr 1992-ci il tarixində iki ölkə arasında diplomatik əlaqələr quruldu. 1995-ci il tarixində Gürcüstanın Azərbaycanda, 1996-cı il tarixində isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlayıb. Daha sonra 2009-cu il tarixində Batumi şəhərində Azərbaycanın baş konsulluğu, Gəncə şəhərində 2013-cü ildə isə Gürcüstanın baş konsulluğu açıldı. İki qardaş ölkə bir-birinə sıx bağlı və beynəlxalq təşkilatlarda da daim bir-birilərini dəstəkləyirlər. Ölkələr arasında rəsmi səfərlər dövlət rəsmilərinin bu əlaqələrə necə çox önəm verdiyinə bariz sübutdur. Strateji əməkdaşlıq bütün sahələr üzrə davam edir. Hər şeydən əvvəl Gürcüstanla Azərbaycanı Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Həmçinin GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində ikitərəfli strateji əlaqələr vardır.

“Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası ərazilərindən xam neftin nəqli haqqında” sazişin Bill Klintonun, Süleyman Dəmirəl, ulu öndər Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində ciddi addım idi. Tarixi əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi ölkələrimizi daha da yaxınlaşdırdı.

2002-ci il tarixində Türkiyə Respublikasında Gürcüstan, Türkiyə və Azərbaycan strateji tərəfdaşlığını rəsmiləşdirən “Trabzon razılaşması” imzalanmışdır. Razılaşmaya əsasən regionun enerji təhlükəsizliyi və müstəqilliyini təmin etmək üçün hər üç ölkənin daxili işlər nazirlərinin imzaladığı sənəddə terrorizm, aqressiv separatizmə qarşı mübarizədən tutmuş, çirkli pulların yuyulması, eləcə də neft-qaz borularının birgə mühafizəsində kifayət qədər geniş əhatə edir.

16 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstan Respublikasının prezidenti cənab Mixeil Kavelaşvili birgə mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri böyük əhəmiyyət daşıyır. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verir və strateji xarakter daşıyır. Ölkəmizin başçısı çıxışı zamanı söyləmişdir: “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”.

Yeni inşa edilən dəmir yolları, limanlar və nəqliyyat-kommunikasiya sahəsində əldə olunan nailiyyətlər istər Azərbaycanda, istərsə də Gürcüstanda Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib. Hər keçən il iki ölkənin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.

Nigar Abdullayeva

YAP Yasamal rayon AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər