Bu gün Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətləri dərinləşməkdədir. Hər iki ölkə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı inkişaf etdirir və milli maraqlara aid məsələlərdə bir-birini dəstəkləyir.
Çin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edir, Azərbaycan isə “Bir Kəmər, Bir Yol” təşəbbüsünə fəal şəkildə qoşularaq Çinlə iqtisadi-ticarət əlaqələrini möhkəmləndirir. Bu əməkdaşlıq həm də beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət və qarşılıqlı dəstəklə müşayiət olunur. İki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsi regional sabitlik və inkişaf baxımından da əhəmiyyətlidir. Prezident İlham Əliyev 2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibədə Azərbaycan və Çin münasibətlərinə toxunub."Bu gün Çin rəhbərliyi ilə görüşlərim zamanı qeyd etdim ki, hər dəfə Çinə gələndə inkişaf görürəm. Bir çox yeni infrastruktur layihələrini, binaları və gözəl şəhəri görürəm.
Dostlarımı sosial və iqtisadi inkişafda qeyri-adi nailiyyətlərlə, o cümlədən Çinin beynəlxalq aləmdəki fəaliyyəti ilə təbrik etdim. Hər zaman buraya gəlmək olduqca xoşdur. Burada dəfələrlə olmuşam. Çinə ilk səfərim hələ 2005-ci ildə olub. Bir sözlə, ötən 20 il ərzində ölkənin sürətli inkişafının və inanılmaz dəyişikliklərin şahidi olmuşam. Gördüklərim, iqtisadi inkişafla bağlı oxuduqlarım və mənə verilən məlumatlar göstərir ki, ölkəniz həqiqətən düzgün yoldadır. Bu münasibətlə sizi təbrik edirəm.
Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatın mətninə nəzər yetirsəniz, ikitərəfli əlaqələrin geniş gündəliyini görəcəksiniz. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Xatırladaq ki,Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il aprelin 22-dən 24-dək Çinə dövlət səfəri çərçivəsində Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat” imzalanıb. Bu bəyanat, Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasından sonra 33 il ərzində əldə olunan nailiyyətləri yüksək qiymətləndirərək, hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edir. Tərəflər qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə və hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə ediblər.Prezident İlham Əliyev onu da qeyd edib ki,Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq. Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür. Beləliklə, həmin sənədin mahiyyəti çox əhəmiyyətlidir. Buna görə həmin ölkə ilə Bəyanatın imzalanması Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir. Sizə deyə bilərəm ki, Azərbaycan öz bölgəsində bir çox ölkə ilə və həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb, lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır.Müsahibədə həmçinin təhsil sahəsindəki əlaqələrə də toxunulub. Qeyd edilib ki, bu gün hər iki ölkədən təhsil alan 100-dən çox tələbə var. Bunun çox az olduğunu bildirən Prezident İlham Əliyev onların sayının artacağına əminliyini bildirib. Qeyd edib ki, “Azərbaycandan daha çox sayda tələbənin buraya gəlməsi üçün böyük imkan var. Həmçinin, zənnimcə, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç. 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri