23 sentyabr 2025-ci il tarixdə 27 Sentyabr – Anım Günü ilə əlaqədarYeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatı,Masallı rayon Heydər Əliyev Mərkəzi, Masallı rayon MKS-nin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə “Qəlblərdə Yaşayan Qəhrəmanlar” mövzusunda konfrans keçirilib.
Konfransda təşkilatçı müəssisələrin nümayəndələri, müharibə iştirakçıları, müəllimlər və tələbələr iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin eləcə də Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş nitqi ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirmişdir ki, 27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.
Daha sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev çıxış edərək Vətən müharibəsində iştirak etmiş hər bir vətən övladının daim Azərbaycan xalqının qəlbində yaşayacağını və göstərdikləri şücaətdən gələcək nəsillərin də ilhamalacağını vurğulayıb.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov, Masallı rayon MKS-nin əməkdaşı Günay Xəlilova, Vətən müharibəsi Qazisi, Masallı rayon Tarix-diyarşünaslıq Muzeyinin əməkdaşı Talib Qəzənfərli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin gənc üzvü Tahirə Məmmədova və başqaları öz çıxışlarında Vətən Müharibəsində göstərilən qəhrəmanlıq nümunələrindən, şəhidlərin həyat yolundan və onların xalqımızın yaddaşında necə iz qoyduğundan bəhs etmiş, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir deyə qeyd etmişlər.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilib.